Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:49

Eynulla Fətullayevi aclıqla dəstəkləyirlər


Elçin Həsənov, Şahvələd Çobanoğlu və Qan Turalı
Elçin Həsənov, Şahvələd Çobanoğlu və Qan Turalı
Oktyabrın 20-də jurnalistlər Şahvələd Çobanoğlu (köşə yazarı), Qan Turalı (köşə yazarı) və Elçin Həsənov (“Yüksəliş naminə” qəzetinin əməkdaşı) həbsdə olan həmkarları Eynulla Fətullayevə dəstək üçün aclıq aksiyasına başlayıblar. Məlumatı “Media forum”a Şahvələd Çobanoğlu verib.

Bakı İstintaq Təcridxanasında saxlanan “Gündəlik Azərbaycan” və “Realnı Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayev oktyabrın 19-dan aclıq aksiyası keçirib azadlığa buraxılmasını tələb edir. Məhbus jurnalist onun dərhal azad edilməsi barədə Avropa İnsan Hüquqları Məhkəməsinin çıxardığı qərarı Azərbaycan iqtidarının icra etməməsinə etirazını bildirir.

Həmkarlarına olan müraciətində E.Fətullayev ona dəstək verilməsini xahiş edib. Dəstək müxtəlif formalarda olacaq və onlardan biri həmkarlarının da aclıq aksiyası keçirməsidir.

Ş.Çobanoğlu bildirib ki, aksiyanın keçirilməsi üçün müxtəlif hüquq müdafiə təşkilatlarına müraciət ediblər: “Bilirik ki, redaksiyalarda vəziyyət o qədər də yaxşı deyil. Ona görə də hüquq müdafiə təşkilatlarına müraciət eləmişik. Bu gün onlardan cavab alacağıq. Hər halda aksiyanı davam etdirmək üçün yer tapılacaq”.

Köşə yazarı aksiyaya qoşulmaq üçün çox müraciətin olduğunu vurğulayıb: “Onlardan xahiş eləmişik ki, bir qədər gözləsinlər və sonrakı günlərdə bizə qoşula bilərlər”.

Eynulla Fətullayev 2007-ci il aprelin 20-də 2 il 6 ay, həmin il oktyabrın 30-da isə 8 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası alıb. Jurnalist yazılarında təhqirə, terrorçuluqla hədələməyə, qulluq mövqeyindən istifadə etməklə milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına yol verməkdə, rəhbərlik etdiyi “Gündəlik Azərbaycan” və “Realnı Azerbaydjan” qəzetlərini vergidən yayındırmaqda təqsirli bilinib.

Avropa Məhkəməsi 2010-cu il aprelin 22-də Eynulla Fətullayevin Azərbaycan dövlətinə qarşı şikayətinə baxaraq onun dərhal azadlığa buraxılmasını və jurnalistə 27 min 822 avro təzminat ödənilməsini tələb edib. Azərbaycan hökuməti qərardan Böyük Palataya şikayət versə də, oktyabrın 4-də Avropa İnsan Hüquqları Məhkəməsi əvvəlki qərarı qüvvəsində saxlayıb.

Eynulla Fətullyev həbsdə ola-ola daha bir dəfə mühakimə edilib. 2009-cu ilin dekabrında saxlandığı cəzaçəkmə müəssisəsində jurnalistin üzərindən narkotik vasitə tapıldığı açıqlanıb, ona yeni cinayət işi qaldırılıb. 2010-cu ilin iyulunda Qaradağ Rayon Məhkəməsi Eynulla Fətullayevi 2 il 6 ay müddətinə azadlıqdan məhrum edib. Bu işə apellyasiya instansiyasında yenidən baxılır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG