Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 20:03

Nərmin Kamaldan yeni kitab


"Qanun" nəşriyyatı “Ən yeni ədəbiyyat“ seriyasından növbəti kitabı nəşr edib.

Bu, gənc yazar Nərmin Kamalın “Aç mənəm” nəsr kitabıdır.

Kitabın fərqli quruluşu var. Ordan-burdan oxusanız, ayrı-ayrı hekayələrdir, amma başdan sona doğru sırayla oxusanız, görəcəksiniz ki, bu hekayələr arasında bağ var və vahid bir romandır.

Romanda Azərbaycan adlı bir oğlanın həyatından danışılır.

Günlərin birində o, özünə belə bir həyat tərzi seçir; öz adıyla özü kimi yaşamaqdan imtina edir, başqa adlarla müxtəlif həyatlar yaşamağa, özündən qaçıb özgələr olmağa başlayır.

Müəllif kitab boyu şəhəri gəzərək onun fotosunu yoldan ötənlərə göstərir.

Kimsə fotodakını tanıyaraq onun həyatını bir cür, bir başqası ayn cür danışır, beləcə, eyni bir fotoya baxan onlarla adam onun bir-birindən fərqli həyat hekayələrini nəql edirlər.

Hər hekayə qəhrəmanın bir özgə adını, həyatını üzə çıxarır.

Təkcə oxucu deyil, müəllif də mətnin əvvəlindən axırınadək onu axtarır. Bu axtarış mətn bitəndən sonra da davam edir.

Bununla çoxlu sosial rollarda olmağımız, hər birimizə xas olan müxtəlifcürlük və insanın özüylə özgələrinin sərhədi-sərhədsizliyi araşdırılır.

Digər tərəfdən, Ayrılmaq, Yatmaq, Yemək, Gəzmək, Baxmaq və s. hekayələr onlarla məsdərin insana hansı iztirablar hesabına başa gəldiyini çözməyə çalışır.

Azərbaycanlıların ayrılması, danışması, yeməsi, çimməsi və s. gerçəkləri kitabda bir nəfərin – Azərbaycan adlı qəhrəmanın başında cərəyan etmiş olur.

Darıxmaq hekayəsinin sonunda isə elə təsəvvür yaranır ki, bütün bu hekayələri qəhrəmanın fotosuna baxan ayrı-ayrı adamlar deyil, romanın qəhrəmanı olan Azərbaycanın özü danışır...

Nərmin Kamalın bu yeni ktabı məzmunda çoxlu hadisələr, əyləncəlilik, fəlsəfilik, günün gerçəkləri və absurd, dinamik sosial və psixoloji süjet vəd etməklə yanaşı formada Şərqin mətn içində mətn, Qərbin açıq roman ənənələrinə söykənir.

Bundan qabaq Nərmin Kamalın "Times Roman Az-Lat" romanı çap olunmuşdu.

www.qanun.az

ROMANDAN BİR PARÇANI OXU

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG