Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 14:01

Nazirlikdən sahibkar olmaq istəyənlərə “gözləyin” tövsiyəsi


Arxiv fotosu

Arxiv fotosu

►İqtisadiyyat və Sənaye Nazirliyinin rəsmisi sahibkar olmaq istəyənlərə əlavə xərcə düşməmək üçün yeni siyahının təsdiqlənməsini gözləməyi tövsiyə edir

İqtisadiyyat və Sənaye Nazirliyinin məsul əməkdaşı lisenziyalar barədə mediaya açıqlama verib. Nazrlikdə sahibkarlığın inkişaf siyasəti şöbəsinə başçılıq edən Elçin İbrahimov yeni təkliflərin hazırlandığını bildirib. Bu təkliflər lisenziya tələb olunan fəaliyyət növlərinin sayca minimuma endirilməsini və dövlət təhlükəsizliyindən irəli gələn məsələlərlə bağlı xüsusi razılıq (lisenziya) istənən fəaliyyətlərin müəyyənləşdirilməsini hədəf götürüb.

Nazirlik rəsmisi sahibkarlığa başlamaq istəyənlərə əlavə xərcə düşməmək üçün yeni siyahının təsdiqlənməsini gözləməyi tövsiyə edir. Lisenziyaları bu ünvanlarda “ASAN xidmət” mərkəzləri verəcək:

Bakı şəhəri üzrə 5 saylı “ASAN xidmət” mərkəzi
(ünvan: Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 115);

Regionlarda mövcud olan “ASAN xidmət” mərkəzlərinin siyahısını BU LİNKDƏN GÖTÜRƏ BİLƏRSİZ

Günün bütün mövzuları

XS
SM
MD
LG