Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:58

"Bu referendum cəmiyyətin sifarişi deyildi"


referendum
referendum

Konstitusiya dəyişiklərti nəzərdə tutan referendum da qurtardı. İndi nə dəyişəcək? Referendumun nəticələri nə üçün istifadə olunacaq? Hakimiyyət islahatlara başlaycaq yoxsa repressiyalar kəskinləş'cək?

“BİR AZ DAHA DARALMA MÜŞAHİDƏ OLUNA BİLƏR”

Hüquqşünas Ələsgər Məmmədli deyir ki, referendum layihəsində nəzərdə tutulan dəyişikliklər demokratikləşmədən uzaqlaşma anlamı daşıyır:

Ələsgər Məmmədli
Ələsgər Məmmədli

“Bu referendumun əslində keçirilməsini doğuran səbəblərin heç biri cəmiyyətdəki problemlərdən doğmadığı üçün cəmiyyətdəki problemlərin çözümündə də bununla bağlı hər hansı nəticə olmasını gözləmirəm. Çünki referendum cəmiyyətin sifarişi deyildi.

Cəmiyyətdəki problemlərdən doğan bir dəyişim deyildi. Bu aspektdən referendum tamamən bağlı qapılar arxasında müəyyən olunmuş və cəmiyyətə hansısa qeyri- müəyyən olan məqsədlər üçün keçirilən bir aksiyadır.

Böyük ehtimalla bundan sonra siyasi sferada bir az daha daralma müşahidə oluna bilər. Çünki parlamentin fuksionallığının azaldılması, icra sisteminin getdikcə güclənməsi və parlamentə buraxma səlahiyyətini əlinə alması, 5 ildən 7 ilə prezidentlik müddətinin artırılması demokratikləşmədən uzaqlaşma anlamı daşıyır....”(Ətraflı audioda...)

Ələsgər Məmmədli:"Bu referendum cəmiyyətin sifarişi deyildi"
Gözlə

No media source currently available

0:00 0:01:28 0:00
Direct-ə keçid

“STRUKTUR DƏYİŞİKLİYİ VƏ İSLAHATLAR OLACAQ”

“Turan” informasiya agentliyinin direktoru Mehman Əliyev isə referendumdan sonra iqtisadi və siyasi islahatların olacağını düşünür:

Mehman Əliyev
Mehman Əliyev

“Bundan sonra struktur dəyişikliyi olmalıdır. Bu qaçılmazdır. İkinci isə islahatlar proqramının elan olunması və islahatların aparılması prosesi başlayacaq.

Bu daha çox iqtisadi paketdir, amma siyasi paket də buna daxildir. Bir də beynəlxalq paket, o da Qərblə əməkdaşlıq, Qərb dəyərləri sisteminə intensiv getmək.

Bu faktdır ki, həmin islahatlar paketi ABŞ tərəfdən hazırlanır. Beynəlxalq maliyyə institutları birbaşa bu prosesin içindədir. Ona görə bu sadəcə olaraq Azərbaycan hökumətinin layihəsi deyil....”(Ətraflı audioda...)

Mehman Əliyev: "İslahatlar olacaq"
Gözlə

No media source currently available

0:00 0:01:06 0:00

“HAKİMİYYƏTDAXİLİ MÜNASİBƏTLƏRİN GƏRGİNLƏŞƏCƏK”

Siyasi şərhçi Azər Rəşidoğlunun fikrincə referendumdan sonra hakimiyyətdaxili kadr dəyişikliyi aparılacaq və bu da bəzi qruplarda narazılığa səbəb olacaq.

Azər Rəşidoğlu
Azər Rəşidoğlu

“Güman edirəm daha çox hakimiyyətdaxili rotasiyalar həyata keçiriləcək. Bir çox köhnə qvardiyanın təmsilçilərinin kadr rotasiyalarından kənarda qalacağını, hakimiyyətə yeni kadrların cəlb olunacağını ehtimal etmək olar.

Hakimiyyətdaxili klanlararası mübarizə. Qruplararası mübarrizə bir qədər də gərginləşə bilər. Məhz referendumdan sonra öz qvvələrini qoruya bilməyən qrup revanş götürməyə cəhd göstərə bilər. Bu da əks tərəfin aqressiyası ilə qarşılana bilər. Bir sözlə hakimiyyətdaxili münasibətlərin gərginləşəcəyini ehtimal edirəm.”(Ətraflı audioda)

Azər Rəşidoğlu:"Hakimiyyətdaxili, klanlararası mübarizə..."
Gözlə

No media source currently available

0:00 0:00:45 0:00

“NƏTİCƏLƏR LEGİTİM DEYİL”

Hüquq müdafiəçisi İntiqam Əliyev isə düşünür ki, referendumun nəticələrinin necə olmasından asılı olmayaraq o legitim hesab olunmamalıdır:

İntiqam Əliyev
İntiqam Əliyev

“Bu referendumun necə nəticələnməyindən asılı olmayaraq onun nəticələri legitim deyil. Hərçənd ki, nəticələrin də necə olacağı bəllidir.

Referendum keçirilən ölkədə ki, ifadə azadlığı təmin olunmur, insanların referendumun əleyhinə və leyhinə fikirlərini bildirmək üçün şərait yoxdur, referendum ərəfəsi televiziyalarda ictimai müzakirə aparılması təmin olunmayıb, o ölkədə referendum, seçim ədalətli ola bilməz.

Azərbaycanda da məhz belə durum idi. Azad seçki mühiti həm də müstəqil komissiyaların mövcudluğunu ehtiva edir. O ölkədəki seçki komissiyaları müstəqil deyillər, hakimiyyətin nəzarəti altındadırlar, burda ədalətli seçimdən söhbət gedə bilməz..... (Ətraflı audioda..)

İntiqam Əliyev:"nəticələrinin necə olmasından asılı olmayaraq o, legitim hesab olunmamalıdır"
Gözlə

No media source currently available

0:00 0:02:52 0:00


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG