Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 22:12

Yaşlanmanı ləngidən antioksidantlar xərçəngi sürətləndirirmiş


Arxiv foto
Arxiv foto

-

İnsan orqanizmində yaşlanmanı ləngitdiyi və ümumiyyətlə, sağlamlığa faydalı olduğu düşünülən antioksidantlar, sən demə, dəri xərçənginin ən ölümcül formalarından olan melanoma xərçənginin yayılmasını sürətləndirirmiş.

Alimlər son araşdırmadan sonra bu qənaətə gəliblər.

Araşdırma nəticəsində bəlli olub ki, apteklərdə həkim resepti olmadan satılan antioksidant tərkibli vitaminlər və içərisində antioksidant olan digər dərman preparatları bədxassəli şişlərin sayında kəskin artıma səbəb olur. Həm də şişlərin aqressivliyini artırır.

Amerikalı alimlərin “Nature” dərgisində nəşr etdirdikləri araşdırmada deyilir ki, orqanizminə N-acetylcysteine (NAC) antioksidantı yeridilmiş siçanlarda melanoma hüceyrələri yayılması antioksidant vurulmamış siçanlardan iki ay tez baş verib.

Yaşıl yarpaqlarda, meyvə və tərəvəzdə bol miqdarda antioksidant olur

Antioksidantlar insan orqanizmində təbii olaraq da yaranır. Özü də sərbəst radikallar adlandırılan kimyəvi elementlərin DNK-nı zədələməsinin qarşısını almağa imkan verir. Yaşıl yarpaqlarda, meyvə və tərəvəzdə bol miqdarda antioksidant olur.

Alimlərin sözlərinə görə, antioksidantlar xərçəng hüceyrələrinin metastaz prosesinə, yəni vücudda yayılmasına kömək edir. Daha dəqiq desək, onlar antioksidantlar metastaz zamanı xərçəng hüceyrələrinin orqanizmi yad cisimlərdən qoruyan hüceyrələrlə mübarizədən qalib çıxmasına yardım edir.
Araşdırmanın nəticələri hələlik insanlar üzərində sınaqdan keçirilməyib. Ancaq araşdırma müəllifləri indidən məsləhət görürlər ki, xərçəng xəstələri öz qidalarında antioksidantlardan mümkün qədər uzaq dursunlar.

Bədxassəli şişlərin sayını üç dəfə artırır

Araşdırma müəlliflərindən Sean Morrison bildirir ki, antioksidantların insan sağlamlığı üçün faydalı olduğu fikri o qədər beynimizə işləyib ki, hətta kliniki sınaqlar zamanı belə xərçəng xəstələrinə antioksidant verilir: “Bu sınaqların bir çoxu dərhal dayandırılmalıdır, çünki antioksidant qəbul edən pasiyentlərin daha tez öldüyü aşkardır”.

Bundan əvvəl isveçli alimlərin siçanlar üzərində apardığı araşdırma nəticəsində məlum olmuşdu ki, antioksidantlar, o cümlədən E vitamini bədxassəli şişlərin sayının üç dəfə artmasına və onların digərlərindən iki dəfə tez ölməsinə gətirib çıxarır.

Bundan başqa, daha dörd araşdırma döş və prostat xərçəngində də antioksidantların eyni effekti göstərdiyini ortaya çıxarıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG