Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:30

Səudiyyə qadınının ilk seçkisi bugündür


Müsəlman dünyasının qibləsi yerləşən krallıq bu addımı Azərbaycandan bir əsr sonra atıb.

Səudiyyə Ərəbistanında bu şənbə keçirilən bələdiyyə seçkiləri tarixin misilsiz hadisələrindən biridir. Krallığın tarixində ilk dəfə olaraq qadınlar da seçib-seçilmək hüququndan istifadə edirlər.

Qadınlara avtomobil sürməyi qadağan edən yeganə ölkədə keçirilən bu seçkilərdə qadınlar həm də namizəd kimi təmsil olunurlar.

130 min qadın, 1,3 milyon kişi

5938 kişi ilə yanaşı, 978 qadın da namizəd kimi qeydiyyata alınıb.

Bu seçki kampaniyasında qadınlar elektoratla ya pərdə arxasından danışıblar, ya da onları kişilər təmsil ediblər.

Elektoratda isə 130 min qadın var. Halbuki seçici siyahılarında olan kişilərin sayı 1, 35 milyondur.

Qadın təşkilatları bu hadisəni böyük qələbə kimi salamlayıblar. Əslində, elə kişi elektorat üçün də bu şənbə kerçirilən seçki üçüncü seçki olacaq.

Krallıqda 1965-ci illə 2005-ci il arasında ümumiyyətlə heç bir seçki keçirilməyib.

Rəhmətlik kral Abdullah

Qadınlar seçki hüququna görə rəhmətlik kral Abdullaha borcludurlar
Qadınlar seçki hüququna görə rəhmətlik kral Abdullaha borcludurlar

Qadınlara səsvermə hüququnun tanınması mərhum kral Abdullahın adı ilə bağlıdır və onun hökmdarlığının ən böyük töhfəsi sayılır.

Kral bu ilin yanvarında vəfat etməzdən əvvəl özünün ali məşvərət şurasına 30 qadını da təyin etmişdi.

Şənbə seçkisi bələdiyyələrdə 2100 mandatın paylanmasını təmin edəcək. Daha 1500 yerə təyinatları şəxsən kralın özü edir.

Seçki nəticələrinin elə şənbə günü axşam elan ediləcəyi gözlənilir.

Şərqin "səs" tarixindən

Beləliklə, Səudiyyə Ərəbistanı qadınların seçki hüququnu Azərbaycandan 98 il sonra tanıyıb.

Azərbaycanda qadınlar səsvermə hüququnu keçmiş müsəlman sovet respublikalarından, İran (1963) və Türkiyədən (1930) xeyli əvvəl, 1917-ci ildə (1917-Bakı Soveti, 1918-ci il ilk respublika) qazanıblar.

Ərəb dünyasında qadınlara ilk səs hüququnu Suriya 1949-cu ildə verib.

Birləşmiş Ərəb Əmirlikləri 2005-ci ildə qadınlara səs hüququ verdikdən sonra Səudiyyə Ərəbistanı qadın elektoratı olmayan tək ölkə idi.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG