Keçid linkləri

2016, 26 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 00:49

►Vəkil: “Vergilər Nazirliyinin konkret hansı vəzifəli şəxsindən söhbət gedir – bilinmir. Hansı rüsvayedici məlumatlar var – bilinmir”

"Zərərçəkmiş konkret kimdirsə, onu bura dəvət eləyin. Əgər adam yoxdursa, onda Vergilər Nazirliyinin binasını zərərçəkmiş kimi gətirin bura. Mən bilməliyəm də kimə ziyan vurmuşam, kimin barəsində rüsvayedici məlumatlar yaymışam. Belə şey olmaz axı..."

Həbsdə olan şair Saday Şəkərli Vergilər Nazirliyinin vəzifəli şəxslərinin məhkəməyə çağrılmasını istəyib. Çünki ona qarşı ittihamda yazılıb ki, Saday Şəkərli Vergilər Nazirliyinin vəzifəli şəxsləri barədə rüsvayedici məlumatlar yaymaq hədəsilə pul tələb edib.

İyulun 5-də Bakı Apellyasiya Məhkəməsində Saday Şəkərlinin Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən verdiyi şikayət üzrə ilkin baxış iclası keçirilib.

Şairin vəkilləri Bəhruz Bayramov və Fəxrəddin Mehdiyev apellyasiya şikayətinə məhkəmə istintaqı aparılmaqla baxılması barədə vəsatət qaldırıblar.

“BİLİNMİR”

"Burada heç bir cinayət hadisəsindən söhbət gedə bilməz. Sübutlara yox, fərziyyələrə, qərəzə əsaslanan cinayət işidir. İşdə konkret zərərçəkən də yoxdur. Vergilər Nazirliyinin konkret hansı vəzifəli şəxsindən söhbət gedir – bilinmir. Hansı rüsvayedici məlumatlar var – bilinmir. Birinci instansiya məhkəməsində bununla bağlı zəruri araşdırmalar aparılmayıb", – Fəxrəddin Mehdiyev vəsatətini belə əsaslandırıb.

Saday Şəkərli özü həbs olunduğu gün telefonuna gəlib-gedən zənglərlə bağlı araşdırma aparılmasını istəyib:

"Azercell" məsələsi dəqiqləşdirilsin. Çünki ittiham aktı başdan-ayağa yalandır".

____________________________________________________________

Bunlara da bax:
Ali Məhkəmə 'Eurovision məhbusu'nun qərarını vermir
Manat bir az da ucuzlaşdı

____________________________________________________________

Vəkilin digər vəsatəti şairin barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsilə bağlı olub. Fəxrəddin Mehdiyev vəsatətini əsaslandırarkən bildirib ki, Saday Şəkərlinin səhhətində çox ciddi problemlər var:

"Saday Şəkərli həbs olunandan sonra xəstəliyi kəskinləşib, buna görə Müalicə Müəssisəsinə köçürülüb. Onun əziyyət çəkdiyi xəstəlik riskli xəstəliklər qrupuna aiddir".

“SKAMYALARIN ÜSTÜNDƏ UZANMAQDAN UTANIRAM”

Fəxrəddin Mehtiyev

Fəxrəddin Mehtiyev

Saday Şəkərli özü də vəziyyətinin yaxşı olmadığını deyir: "Həkim mənə dedi ki, “hər an iflic ola bilərsən”. Məhkəmələrdə skamyaların üstündə uzanmaqdan da utanıram. Nə qərar verəcəksinizsə verin, çıxım gedim".

Bu iş üzrə zərərçəkmiş qismində Vergilər Nazirliyi tanınıb. Nazirliyin nümayəndəsi Ramiz Qasımzadə, eləcə də prokuror vəsatətlərin əleyhinə çıxıb.

Camal Ramazanovun sədrlik etdiyi hakimlər kollegiyasının vəsatətlərlə bağlı qərarı isə iyulun 8-də keçiriləcək növbəti məhkəmə iclasında məlum olacaq.

Saday Şəkərli 2015-ci il dekabrın 23-də həbs olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin mayın 16-da çıxarılan hökmü ilə o, CM-nin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsilə təqsirli bilinərək, 10 il azadlıqdan məhrum edilib. Lakin şair ittihamı rədd edir və həbsini hökumətin tənqidi məzmununda olan "Qurd ürəyi" adlı kitabının çapı ilə əlaqələndirib. Həmin kitabda o, nəşrə maliyyə dəstəyinə görə vergilər naziri Fazil Məmmədova minnətdarlıq edib.

Saday Şəkərlinin həbsindən dərhal sonra onun evində axtarış aparılıb və kitabın 50 nüsxəsindən 49-u götürülüb. Yalnız bir nüsxəni gizlədib saxlamaq mümkün olub.

Buna da bax: 7-ci aeroport tikiləcək. "Mənimsəmə yeridir"

Buna da bax: 7-ci aeroport tikiləcək. "Mənimsəmə yeridir"

Günün bütün mövzuları

XS
SM
MD
LG