Keçid linkləri

2024, 08 May, çərşənbə, Bakı vaxtı 05:08

“O boyda nazirdən 10 min nədi, 1 milyon istəyərdim də...”


Saday Şəkərli
Saday Şəkərli

►Saday Şəkərli: “Məni tanıyanlar bilir ki, heç 100 manat borc istəməyə üzüm gəlmir."

"Başa düşürəm ki, hər işçi rəhbərinin göstərişini yerinə yetirir. Amma sifarişlə kiminsə üzünə durub 10-15 il həbsə göndərmək artıq şərəf-ləyaqət məsələsidir. Kimisə şərləyib nəsil-nəcabətinə silinməz ləkə yaxmaqdansa, ərizə yazıb işdən çıxmaq qat-qat ləyaqətli hərəkət olardı".

Bunu həbsdə olan şair Saday Şəkərli aprelin 1-də Bakı Ağır Cinayətlər Məhkəməsində ifadə verərkən deyib.

Ona qarşı irəli sürülmüş hədə-qorxu ilə tələb etmə ittihamı üzrə özünü qətiyyən təqsirli bilmədiyini deyən şair bildirib ki, ittiham aktında yazılanlar hekayə mövzusundan başqa bir şey deyil:

"Yazılanlar şər-böhtandır. Başa düşmürəm, bu 10 min hardan çıxıb? O boyda nazirdən 10 min nədi, 1 milyon istəyərdim də... Məni tanıyanlar bilir ki, heç 100 manat borc istəməyə üzüm gəlmir. 20 ildir Fazil Məmmədovla haqq-salamımız var, mənim yaradıcılığımı həmişə yüksək qiymətləndirib, mənə həmişə dəstək verib. Kitablarımın ilk nüsxəsini də həmişə ona verirdim".

“DEDİ, NAZİRİN ADINI NİYƏ ORA YAZMISAN?”

Saday Şəkərli həbsindən sonra evində axtarış aparılması, son kitabı olan "Qurd ürəyi"nin nüsxələrinin götürülməsindən də danışıb. Qeyd edib ki, Cəmil Həsənlidən, Əli Kərimlidən sitatlar verdiyi həmin kitabda ön səhifədə dəstəyə görə Vergilər naziri Fazil Məmmədova minnətdarlıq edib:

"Həbs olunandan az əvvəl Asif Cahangirov (Vergilər nazirinin müşaviri-red.) məni dəvət etdi, mənə dedi ki, "nazirin adını niyə ora yazmısan?" Mənə görə, o kitabda heç nə yoxdur, onlar xoflanıblar. Söhbət elədik ordan-burdan. Mənə paketdə pul vermək istədi, etiraz elədim ki, lazım deyil. Təkid elədi ki, “götür”. Mən də fikirləşdim ki, həmişəki kimi kitabın şirinliyidi. Çünki kitab az əvvəl nəşr olunmuşdu və həmin gün səhər Vergilər Nazirliyinə gəlib, bir nüsxəsini aşağıdan nazirin köməkçisini çağırtdırıb Fazil müəllimə göndərmişdim. Heç bilmirdim paketdə nə qədər pul var. Elə verən kimi də Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin işçiləri girdi otağa. Elə bil dövləti talayan cinayətkar tuturdular".

Saday Şəkərli əlavə edib ki, o, nə kimisə hədələyib pul istəyib, nə də Asif Cahangirova zəng eləyib: "Nə hədə-qorxu? Ayıbdır. Nə qədər iş versəniz, yatacam, amma şərlə mübarizə aparacam".

Məhkəmə prosesi aprelin 6-da davam edəcək.

Şair Saday Şəkərli ötən il dekabrın 23-də həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədilə hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham irəli sürülüb. Rəsmi məlumata görə, şair Vergilər Nazirliyinin vəzifəli şəxsinin müraciəti əsasında həbs olunub.

Buna da bax: Avtobusda yaşayan ailəyə yardım

Avtobusda yaşayan ailəyə yardım
Gözlə

No media source currently available

0:00 0:01:03 0:00

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG