Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:28

►"Biz prokurorun belə çıxış edəcəyini gözləmirdik"

Həbsdə olan şair Saday Şəkərlinin məhkəməsi yekunlaşmaq üzrədir.

Mayın 11-də Bakı Ağır Cinayətlər Məhkəməsində dövlət ittihamçısı Abusalam Heydərov çıxış edib və şairə 10 il həbs cəzası verilməsini istəyib.

Prokuror deyib ki, Saday Şəkərliyə irəli sürülmüş hədə-qorxu ilə tələbetmə ittihamı məhkəmə istintaqı zamanı təsdiqini tapıb.

O, şairin vəziyyətini yüngülləşdirən hal kimi yalnız onun himayəsində azyaşlı övladının olmasını göstərib.

İş üzrə zərərçəkmiş qismində tanınmış Vergilər Nazirliyinin nümayəndəsi Ramil Nəcəfov da dövlət ittihamçısının çıxışı ilə razılaşdığını deyib.

Saday Şəkərlinin vəkilləri isə müdafiə çıxışına hazırlaşmaq üçün məhkəmədən vaxt istəyib.

"Biz prokurorun belə çıxış edəcəyini gözləmirdik", - müdafiəçi Fəxrəddin Mehdiyev bildirib.

Məhkəmə mayın 16-da vəkillərin çıxışı ilə davam edəcək.

Vergilər Nazirliyinin rəhbərliyi haqda rüsvayedici məlumatlar yaymaq hədəsilə pul tələb etməkdə təqsirləndirilən şairə qarşı CM-nin 182.3.2-ci (külli miqdarda əmlakı hədə-qorxu ilə tələb etmə) maddəsilə ittiham irəli sürülüb. Saday Şəkərli isə ittihamı rədd edir və həbsini hökumətin tənqidi məzmununda olan «Qurd ürəyi» adlı kitabının çapı ilə əlaqələndirir. Həmin kitabda o, nəşrə maliyyə dəstəyinə görə Vergilər naziri Fazil Məmmədova minnətdarlıq edib.

Saday Şəkərlinin həbsindən dərhal sonra onun evində axtarış aparılıb və kitabın 50 nüsxəsindən 49-u götürülüb. Yalnız bir nüsxəni gizlədib saxlamaq mümkün olub.

Buna da bax: London meri Trump-un təklifini rədd elədi

DİNLƏ: Günün əsas hadisələri Azadlıq Radiosunun Radio proqramında

Səmra haqda Faiq Ağayevlə Mübariz Tağıyevin fikirləri haçalanır
Heydər Əliyevin heykəli üzərinə “Gül bayramına yox deyək” yazısına görə tutulanlarn olduğu bildirilir

BAX: Günün əsas hadisələri Azadlıq Radiosunun TV proqramında

Gömrük müəmması. 140 milyon dollar yoxa çıxıb

Günün bütün mövzuları

XS
SM
MD
LG