Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 22:00

►Şair deyir, həbsi siyasi sifarişdi. Onun tənqidi məzmunlu "Qurd ürəyi" kitabının bütün nüsxələri axtarış zamanı götürülüb

İki aydan çoxdur ki, həbsdə olan şair Saday Şəkərlinin ev dustaqlığına buraxılması ilə bağlı müraciətə fevralın 26-da Bakı Apellyasiya Məhkəməsində baxılıb.

Təxminən bir ay əvvəl Binəqədi Rayon Məhkəməsi şairin barəsində həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatətə baxmış və onu təmin etməmişdi. Apellyasiya şikayəti də həmin qərardan verilmişdi.

Saday Şəkərlinin vəkili Fəxrəddin Mehdiyev AzadlıqRadiosuna bildirib ki, qapalı keçən məhkəmə iclasında şairin işi üzrə istintaqı aparan müstəntiq də iştirak edib. O, Saday Şəkərlinin həbsdən buraxılmasına qarşı çıxıb.

Müdafiəçi də öz növbəsində məhkəmədən şairin həbsdən buraxılması üçün edilən çoxsaylı müraciətləri, Saday Şəkərli Rusiya vətəndaşı olduğundan bu ölkədən dövlət səviyyəsində Azərbaycan Xarici İşlər Nazirliyinə göndərilən məktubu nəzərə almağı xahiş edib. Fəxrəddin Mehdiyev eyni zamanda, şairin səhhətindəki problemlərdən danışıb.

Lakin hakim Faiq Qasımov şikayəti təmin etməyib.

_____________________________________________________________

Bunlara da bax:

______________________________________________________________

Saday Şəkərli dekabrın 23-də həbs olunub. Ona qarşı CM-nin 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədilə hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham irəli sürülüb. Rəsmi məlumatda bildirilir ki, şair Vergilər Nazirliyinin vəzifəli şəxsinin müraciəti əsasında həbs olunub.

Amma Saday Şəkərli özü barəsində həbs-qətimkan tədbiri seçilərkən məhkəmədə siyasi sifarişlə həbs olunduğunu deyib. Yaxınları da bildirir ki, şair saxlanılandan dərhal sonra onların evində axtarış aparılarkən onun bir gün əvvəl təqdim olunmuş və tənqidi məzmunda olan "Qurd ürəyi" kitabının bütün nüsxələri götürülüb.

Buna da bax...

Günün bütün mövzuları

XS
SM
MD
LG