Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:18

Rusiya şairə görə Azərbaycana nota verib- [Foto]


Saday Şəkərli
Saday Şəkərli

►"Notaya cavab aldığımızda sizi məlumatlandıracağıq"

Həbsdə olan şair Saday Şəkərlinin ailəsinin Rusiya prezidenti Vladimir Putinə müraciətindən sonra bu ölkə Azərbaycanın Xarici İşlər Nazirliyinə nota verib.

Rusiyanın Azərbaycandakı səfirliyinin konsulluq şöbəsinin S.Şəkərlinin oğlu Əsəd Şəkərova göndərdiyi məktubda belə deyilir.

“Azadlıq” qəzeti məktubun surətini yayıb.

Səfirliyin Şəkərlilər ailəsinə məktubunda bildirilir ki, fevralın 10-da onlar adından Azərbaycan Xarici İşlər Nazirliyinə nota göndərililib:

“Notada Saday Şəkərlinin Rusiya vətəndaşı olaraq hansı əsasla həbs olunmağına aydınlıq gətirilməsi tələb olunur. Həmçinin, notada səfirliyin diplomatik nümayəndəsinin Rusiya Federasiyası və Azərbaycan Respublikasının arasında 6 iyun 1995-ci il Konvensiyasına uyğun olaraq Saday Şəkərli ilə görüşməsinə icazə verilməsi istənilir. Notaya cavab aldığımızda sizi məlumatlandıracağıq” - deyə konsulluq şöbəsinin müdiri O. Dmitrevanın imzaladığı məktubda qeyd olunur.

_____________________________________________________________

Bunlara da bax:

_____________________________________________________________

Şair Saday Şəkərli ötən ilin dekabrın 23-də həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədilə hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham irəli sürülüb. Rəsmi məlumata görə, şair Vergilər Nazirliyinin vəzifəli şəxsinin müraciəti əsasında həbs olunub.

Amma Saday Şəkərli özü məhkəmədə siyasi sifarişlə həbs olunduğunu deyib. Yaxınları da bildirir ki, şair saxlanandan dərhal sonra onların evində axtarış aparılarkən onun bir gün əvvəl təqdim olunmuş və tənqidi məzmunda olan "Qurd ürəyi" kitabının bütün nüsxələri götürülüb.

Ötən həftə məhkəmə şairi ev dustaqlığına buraxmaqdan imtina etmişdi.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG