Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:43

«HƏBSDƏ DURUMU LAP PİSLƏŞİB»

10 il azadlıqdan məhrum edilmiş şair Saday Şəkərli barədə hökm dəyişdirilə bilər. İyulun 20-də Bakı Apellyasiya Məhkəməsində dövlət ittihamçısı Hafiz Nəsibov bu təkliflə çıxış edib. Prokuror Bakı Ağır Cinayətlər Məhkəməsinin şairlə bağlı hökmünün dəyişdirilərək CM-nin 182.3.2-ci (hədə-qorxu ilə tələb etmə - külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə) maddəsi ilə irəli sürülmüş ittihamın 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə - zərərçəkmişə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəyə tövsif edilməsini, bu maddənin də sanksiyasına uyğun cəzalandırılmasını istəyib.

Məhkəmə iclasında Saday Şəkərlinin vəkillərindən Fəxrəddin Mehdiyev məhkəmənin nəzərinə çatdırıb ki, o, hazırda Penitensiar Xidmətin Müalicə Müəssisəsində saxlanılır və durumu da ağırdır. Vəkil müəssisə rəhbərliyinin bu barədə məktubunu da növbəti iclasda məhkəməyə təqdim edəcəyini bildirib: «Saday Şəkərli əvvəldən də şəkər və sinir xəstəliyindən əziyyət çəkirdi. Həbsdən sonra vəziyyəti lap pisləşdi. Günahsız olduğu halda, həbs olunması, oradakı şərait səhhətinə mənfi təsir göstərib».

«KONKRET ADLAR ÇƏKİLMİR»

Saday Şəkərlinin günahsız olduğunu, onun kimsədən pul tələb etmədiyini deyən vəkilin sözlərinə görə, cinayət işində Vergilər Nazirliyinin rəhbərliyi barəsində rüsvayedici məlumatlar yaymaq hədəsi ilə onlara ziyan vurmaqdan bəhs edilir. Amma həmin şəxslərin konkret kimlər olduğu, rüsvayedici məlumatların nədən ibarət olduğu və onlara hansı ziyan dəydiyi açıqlanmır:

«Bir nəfər, nazirin köməkçisi Asif Cahangirovun ifadəsinə əsaslanıb, Azərbaycanla yanaşı, Rusiya, Türkiyə, Başqırdıstan və s. ölkələrdə tanınmış şairi, ziyalını günahsız yerə həbs eləməzlər. Təsadüfi deyil ki, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar özü bu məsələ ilə əlaqədar Baş prokurora müraciət etmişdi».

Buna da bax:

Saday Şəkərli: '20 ildir, nazirlə haqq-salamımız var'

Vergilər Nazirliyinin nümayəndəsi Ramiz Qasımzadə hökmün qanuni və əsaslı olduğunu bildirərək onun dəyişdirilməməsini istəyib. İddia edib ki, Saday Şəkərlinin Asif Cahangirovdan 10 min manat alması faktdır və həmin pulun ona kitaba görə «şirinlik» adı ilə verilməsi barədə deyilənlər həqiqətəuyğun deyil.

«BİR NEÇƏ GÜN SONRA NECƏ ŞANTAJ EDƏ BİLƏRDİ?»

Nazirlik nümayəndəsinin çıxışı şairin digər vəkili Bəhruz Bayramovu əsəbiləşdirib: «Biz burada işin mahiyyəti, həbsin əsl səbəbi barədə danışmaq istəmirdik, amma nazirlik təmsilçisinin çıxışı bizi vadar elədi. Saday Şəkərlidə hansı rüsvayedici məlumatlar vardı? Vergilər Nazirliyi rəhbərliyinin videosunu çəkmişdi? Özünüz də yaxşı bilirsiniz ki, bütün bunlar «Qurd ürəyi» kitabına görə baş verib. Prokurorluq Saday Şəkərlinin həbsindən sonra o kitabın 49-nu müsadirə edib, amma biri qalıb. Kitab dekabrın 15-də çap olunub, Saday Şəkərlini dekabrın 22-də nazirliyə çağırıb tutdurublar. Əgər o kitabın ön səhifəsində şair indiyə qədər göstərdiyi dəstəyə görə nazir Fazil Məmmədova təşəkkür eləmişdisə, bir neçə gün sonra necə şantaj eləyə bilərdi? Vergilər nazirinin özünün Azərbaycan iqtisadiyyatına hədə-qorxu ilə vurduğu ziyanın sayı-hesabı yoxdur».

Apellyasiya məhkəməsinin qərarı avqustun 3-də məlum olacaq.

Saday Şəkərli 2015-ci il dekabrın 23-də həbs olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin mayın 16-da çıxarılan hökmü ilə 10 il azadlıqdan məhrum edilib.

Lakin şair ittihamı rədd edir və həbsini hökumətin tənqidi məzmununda olan «Qurd ürəyi» adlı kitabının çapı ilə əlaqələndirib. Həmin kitabda o, nəşrə maliyyə dəstəyinə görə vergilər naziri Fazil Məmmədova minnətdarlıq edib.

Saday Şəkərlinin həbsindən dərhal sonra onun evində axtarış aparılıb və kitabın 50 nüsxəsindən 49-u götürülüb. Yalnız bir nüsxəni gizlədib saxlamaq mümkün olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG