Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 10:59

►Şair səhhətinə görə məhkəməyə gətirilməyib

Həbsdə olan şair Saday Şəkərli səhhətindəki problemlərə görə məhkəməsinə gətirilməyib.

O, məhkəməyə ərizə ilə müraciət edərək, səhhətindəki problemlərlə əlaqədar prosesdə iştirak etmək istəmədiyini bildirib.

QİSMƏN İSTİNTAQ APARILA BİLƏR

İyulun 8-də Bakı Apellyasiya Məhkəməsində şairin şikayəti üzrə ilkin baxış iclasının qərarı açıqlanıb.

Hakim Camal Ramazanovun sədrlik etdiyi hakimlər kollegiyası Saday Şəkərli və vəkillərinin ötən iclasda qaldırdığı vəsatətlərin heç birini təmin etməyib.

Onlar şairin səhhətilə əlaqədar barəsində həbs-qətimkan tədbirinin dəyişdirilib ev dustaqlığı ilə əvəz olunmasını; apellyasiya şikayətinə məhkəmə istintaqı aparılmaqla (şahidlərin dindirilməsi, əlavə sübutların araşdırılması və s.) baxılmasını; Vergilər Nazirliyinin rəhbər şəxslərinin məhkəməyə çağrılmasını istəyirdilər.

HƏR GÜN YENİ VİDEOLAR BURADA -

İlkin baxış iclasının qərarında apellyasiya şikayətinə məhkəmə istintaqı aparılmadan baxılması göstərilib.

Buna baxmayaraq, hakim əlavə edib ki, prosesin gedişində zərurət yaranarsa, qismən istintaq aparıla bilər.

İş məhkəmə baxışına verilib və məhkəmə iclası iyulun 20-nə təyin olunub.

"ŞAİRİN SAĞLIQ DURUMU KRİTİKDİR"

Vəsatətlərin heç birinin təmin olunmaması müdafiə tərəfini qane etməyib. Saday Şəkərlinin vəkili Fəxrəddin Mehdiyev AzadlıqRadiosuna bildirib ki, ilkin baxış iclasının qərarından Ali Məhkəməyə kassasiya şikayəti vermək niyyətindədir. Amma şairin özü ilə görüşüb bu barədə fikirlərini öyrənəndən sonra qəti qərar veriləcək.

____________________________________________________________

Bunlara da bax:
Löw: «Fransa Portuqaliyanı da yenəcək»
Gülər Əhmədova: «Talassemiya daşıyıcıyam» (Yenilənib)

____________________________________________________________

Müdafiəçi onu da qeyd edib ki, Saday Şəkərlinin sağlıq durumu kritik olaraq qalır.

Saday Şəkərli 2015-ci il dekabrın 23-də həbs olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin mayın 16-da çıxarılan hökmü ilə o, CM-nin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsilə təqsirli bilinərək, 10 il azadlıqdan məhrum edilib.

Lakin şair ittihamı rədd edir və həbsini hökumətin tənqidi məzmununda olan "Qurd ürəyi" adlı kitabının çapı ilə əlaqələndirib. Həmin kitabda o, nəşrə maliyyə dəstəyinə görə vergilər naziri Fazil Məmmədova minnətdarlıq edib.

Saday Şəkərlinin həbsindən dərhal sonra onun evində axtarış aparılıb və kitabın 50 nüsxəsindən 49-u götürülüb. Yalnız bir nüsxəni gizlədib saxlamaq mümkün olub.

Buna da bax: Şimali Koreya prezidentin atasının ölüm gününü belə anır

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG