Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 05:17

Savalan sakini: 'Oğrular himayə olunur'


Bənövşə Mirzəyeva
Bənövşə Mirzəyeva

"Bənövşə Mirzəliyeva düşünür ki, eyni ünvandan iki dəfə mal-qara aparılırsa, demək, oğru kiməsə arxayındır”

“Hansı oğru eyni ünvandan iki dəfə o boyda heyvan sürüsünü qabağına qatıb aparar? Demək, bu oğrunun himayəçisi var, arxayındır ki, cəzasız qalacaq”.

Bu il oktyabrın 16-dan 17-nə keçən gecə Sabunçu rayonu, yeni salınmış Savalan yaşayış massivində yaşayan Bənövşə Mirzəliyevanın həyətindən 12 baş mal-qarasını oğurlayıblar. O, olayı əraziyə nəzarət edən Sabunçu rayon Polis İdarəsinin 14-cü bölməsinə bildirib.

İki il öncə də...

Bənövşə xanım ikinci dəfədir ki, oğurluğa məruz qalır. İlk dəfə bu ünvandan hələ 2 il əvvəl iribuynuzlu heyvan oğurlanıbmış:

“Həyətimdən birinci oğurluq 2014-cü ilin oktyabr ayında olub. 14-cü bölmə məsələyə laqeyd yanaşdı. İki ildir ki, bunlardan heyvanlarımı oğurlayanı tapmağı tələb edirdim. Bu da ikinci oğurluq... Gecə saat 2-də tövləyə baxmışam, hamısı yerindəydi. Səhər saat 6-da təkrar tövləyə gəlmişəm ki, heyvanları çıxarım, oğlum aparıb otarsın. Görürəm ki, tövlə bom-boşdur. Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vurdum, polislər 4-5 saatdan sonra gəldilər”.

Sabunçu polisi bildirib ki...

Xanımın sözlərinə görə, polis əməkdaşları yerə eləcə baxış keçirib gediblər. Nə barmaq izləri götürülüb, nə də başqa istintaq hərəkətləri aparılıb.

Sabunçu rayonu, 14 saylı polis bölməsi-ndən “Qaynar xətt”ə bildirilib ki, Bənövşə Mirzəliyeva oğurluq baş verən ünvanda kirayədə qalır. Onun ərizəsi əsasında hadisə yerinə baxış keçirilib. Hazırda oğurluq faktı ilə bağlı Sabunçu rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işi başlanıb. Bölmə vətəndaşın polisə ittihamlarını qəbul etmir və bildirir ki, oğruların axtarışı gedir.

Özü də, oğlu da ağır xəstədir...

Bənövşə xanımın halına acımamaq olmur. Xərçəngdən əziyyət çəkir. Süd vəzisi, sol böyrəyi əməliyyatla götürülüb. Oğlu da ağır xəstədir. Bənövşə xanım yarımcan halıyla mal-qaranın südünü-qatığını satıb, həm özünə, həm də oğluna dava-dərman alırmış. İndi düşünür ki, polis ilk oğurluğun üstünü açsaydı, ikinci cinayət də baş verməzdi.

XS
SM
MD
LG