Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:15

Bu ilin avqustunda prezident İlham Əliyev Sabirabad rayonunun bir neçə kəndini birləşdirən (Suqovuşan-Qaralar-Qəfərli-Əhmədabad-Nərimankənd-Həşimxanlı) avtomobil yollarının tikintisi ilə bağlı sərəncam imzalayıb.

20 min sakinli 10 yaşayış məntəqəsini birləşdirən yolların təmirinə 6 milyon 200 min manat ayrılıb. Həmin məbləğ bu ilin dövlət büdcəsində “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunda nəzərdə tutulmuş vəsaitdən götürüləcək. Tikinti işləri “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə tapşırılıb.

Sabirabadlılar da buna sevinib

Ulacalı kəndinin sakini Əhməd Dadaşov deyir, təxminən 20 gün əvvəl Şirvan-Sabirabad yolunda asfaltla dolu ağır texnika görünəndə, sevincləri ikiqat artıb. Onlar prezidentin ayırdığı pullarla, nəhayət, yol tikintisinə başlandığını düşünüblər, ancaq:

“Sizə yolladığım fotolardan da göründüyü kimi, bir maşın asfaltı yola töküb, çala-çuxurları yamaqlayırlar. Biz bunu görəndə təəccübləndik, yaxınlaşıb soruşduq ki, prezidentin 6 milyondan çox ayırdığı pula elə bir maşın asphalt düşdü? Dedilər, biz fəhlə babayıq, nə əmr ediblər, onu da yerinə yetiririk”.

Buna da bax:​ Astaranın yollarına xərclənən milyonlar...

“Anladıq ki…”

Asfalta vurulan yamaqlardan biri

Asfalta vurulan yamaqlardan biri

Kəndin bir başqa sakini Zaur Əsgərov “yamaqlama” işinin yalnız Şirvan-Sabirabad yolunun Ulacalı kəndinin yaxınlığından keçən ərazisində getdiyini söyləyir:

“Gerisini gözlədik, dedik, bəlkə bu maşın gedər, yenə asfalt gətirər, gəlib çıxmadı. Anladıq ki, iş elə yamaq vurmaqdan ibarət imiş”.

Yağış “yamağı” apardı?

İş orasındadır ki, həmin yamaqları da 2-3 gün sonra yağan yağış yuyub aparıb.

Sakinlər bildirirlər ki, Güdəcühür, Axtaçı kəndlərinin ərazisindən keçən yollar da eyni qaydada yamaqlanıb. Həşimxanlı-Ətcələr yoluna isə torpaq tökməklə kifayətləniblər.

Buna da bax:​ Ötən il avtomobil yolları 2 milyard manat «yeyib»

İcra hakimiyyəti deyir ki…

Sabirabad rayon İcra Hakimiyyətindən AzadlıqRadiosu-na bildirilib ki, yağışlı havalar yollardakı təmiri ləngidir: “İşləri “Azəravtoyol” görür. İşə başlamaq istədilər, yağışlar imkan vermədi. Yamaq nədir? Prezident maliyyə ayırıb, tez bir zamanda da bu yollar yenidən qurulacaq”.

Gün çıxanda…

Sakinlərsə gözdə-qulaqdadırlar. Gün çıxanda yollar təmir olunmasa, bu dəfə bərbad yolların fotolarını çəkib Prezident Administrasiyasına göndərəcək və prezidentin ayırdığı 6 milyon 200 min manatın hesabını soracaqlar.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG