Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:01

Azərbaycan üçüncü medalı qazandı


Sabah Şəriəti
Sabah Şəriəti

Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarının yunan-Roma güləşi yarışlarında 130 kiloqram çəki dərəcəsində Azərbaycan təmsilçisi Sabah Şəriəti bürünc medal qazanıb.

AZƏRTAC xəbər verir ki, mübarizəyə 1/8 final mərhələsindən qoşulan Sabah Şəriəti ilk görüşündə ABŞ idmançısı David Timoty Robert Smith-dən üstün olub.

1/4 final mərhələsində isə o, dünya və Avropa çempionu, I Avropa Oyunlarının qalibi, London-2012-nin bürünc mükafatçısı türkiyəli Rıza Kayaalp-a məğlub olub.

Rəqibin finala yüksəlməsi Sabah Şəriətiyə təsəlliverici görüşlərə qatılmaq imkanı verib.

Sabah Şəriəti Venesuela idmançısı Erwin Jose Caraballo Cabrera-ya qalib gələrək bürünc medal qazanmaq imkanı əldə edib.

Almaniya idmançısı Eduard Popp-a da qalib gələn Sabah Şəriəti Rio-2016-nın bürünc medalına sahib olub. Bununla da o, Azərbaycana üçüncü medalı qazandırıb.

SABAH ŞƏRİƏTİ KİMDİR?

Sabah Şəriəti 1989-cu il yanvarın 1-də İranda anadan olub. O, Azərbaycan yığmasına cəlb edilib. Güləşçi Azərbaycanın paytaxtında keçirilən Bakı-2015 ilk Avropa Oyunlarının gümüş medalçısıdır. 2013 və 2014-cü ildə Bakıda keçirilən Qızıl Qran-Pri turnirinin birincisi olub.

Prezidenti İlham Əliyevin sərəncamı ilə o, «Tərəqqi» medalı ilə təltif edilib.

Hazırda Azərbaycanın aktivində iki gümüş və bir bürünc medal var. Gümüş medallar isə cüdoda qazanılıb.

Braziliyanın Rio-de-Janeyro şəhərində avqustun 5-də XXXI Yay Olimpiya Oyunlarının açılışı olub. Yarışlar 17 gün davam edəcək.

Rio-de-Janeyroya Azərbaycandan 56 idmançı gedib. Onlardan bir çoxu artıq mübarizəni yarımçıq dayandırıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG