Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:08

Saakashvili: «Putin mütləq məğlubiyyətə uğrayacaq»


-
Gürcüstanın keçmiş prezidenti, “qızılgül inqilabı”nın lideri, hazırda Ukraynada Odessa vilayət adminsitrasiyasının sədri Mikheil Saakashvili AzadlıqRadiosunun rusiya redaksiyasına müsahibə verib.


Sizin Gürcüstanın siyasi proseslərindən uzaqlaşdığınızı düşündüyümüz halda birdən-birə bu proseslərin iştirakçısına çevrilmisiniz: sizi Gürcüstan vətəndaşlığından çıxarıblar.

Biz onlara çox sağlam iqtisadiyyat, milyardlarla sərbəst vəsait qoyub getmişdik. Bu vəsaiti sağa-sola xərclədilər və ya oğurladılar. Biz ölkəni biznes fəaliyyətinə görə dünyada 8-ci yerə qaldırmışdıq. İndiki hakimiyyət onu 24-cü yerə gerilədib. Biz korrupsiyadan təmizlənmiş institutlar qoyub getmişdik. Hazırda ölkədə işsizlik, pis sosial mühit, kasıblığın yenidən sürətlə artması, əhalinin təkrar ölkəni tərk etməsi kimi problemlər var.

-- Mən təkcə siyasi proseslərin iştirakçısı yox, Gürcüstanın ən populyar partiyasının lideri olmuşam. Əgər sabah seçki olsa, bu partiya qələbə qazanıb, hökuməti qurar.
Gürcüstanda hakimiyyət dəyişəndə Putin Medvedev deyirdilər ki, yeni hakimiyyət gəlib, Saakashvilini türməyə basacaq. Putin 2008-ci ildə müharibə ilə edə bilmədiyinə 2013-cü ildə “demokratik proseslərlə” nail oldu. İndi də bunun kulminasiyasıdır – vətəndaşlıqdan məhrum etmək. Düşünürəm ki, bu, onlara yaxşı heç nə vəd etmir. Gürcüstanda sağlam qüvvələr var. Mən lazım gəldikdə və buna zəmin yarandıqda Gürcüstana qayıdacağam. Biz onlara çox sağlam iqtisadiyyat qoyub getmişdik. Həmin iqtisadiyyat heç bir əlavə səy olmadan da inkişaf etməyə başlamışdı. Milyardlarla sərbəst vəsait qoyub getmişdik, hansını ki gələn kimi sağa-sola xərclədilər və ya oğurladılar. Biz ölkəni biznes fəaliyyətinə görə dünyada 8-ci yerə qaldırmışdıq. İndiki hakimiyyət onu 24-cü yerə gerilədib. Biz korrupsiyadan təmizlənmiş institutlar qoyub getmişik. Hazırda isə ölkədə çoxlu problem var: işsizlik, pis sosial mühit, kasıblığın yenidən sürətlə artması, əhalinin təkrar ölkəni tərk etməyə başlaması. İndi məni vətəndaşlıqdan məhrum etməyə, ölkənin əsas müstəqil teleşirkərini ələ keçirməyə çalışmaqla, faktiki olaraq, seçkidən xeyli əvvəl seçki institutunu ləğv etmək istəyirlər.

Gürcüstan-Rusiya münaqişəsi ətrafındakı vəziyyəti Putinin sizə şəxsi antipatiyası ilə də izah edirdilər?

-- Yox, nə şəxsi qərəzlik? Mənim Putinlə həmişə görüşlərim rəvan, çox nəzakətli keçib. Sonuncu görüşümüzdə o mənə dedi: “Sizin dostlarınız Kosovonu tanıdıqlarına görə mən də sizə qarşı bir şeylər etməli olacağam. Bir az ağrılı olacaq, amma bunu şəxsi qəbul etməyin”. Mən də ona dedim: “Vladimir Vladimiroviç, gəlin bir də oturub danışaq, görək siz bizdən nə istəyirsiniz, bəlkə bunu həll edə bilərik. Bizi hədələmək nəyə lazım?” O isə cavab verdi ki, yox, artıq çox gecdir.

Bəlkə o elə həqiqəti söyləyirmiş? Bəlkə Gürcüstan və ya Ukraynanın, yaxud Türkiyənin timsalında Putin bütövlükdə Qərblə mübarizə aparır?

-- O, Qərb dəyərləri ilə mübarizə aparırdı, bizim islahatları Qərb dəyərləri kimi qəbul edirdi. Hansısa balaca Gürcüstanın birdən-birə ən səs-küylü islahatlara imza ataraq, dünyanın ən islahatçı ölkəsi adını qazanması (Dünya Bankı dalbadal bir neçə il bizi dünyanın islahatçı ölkəsi adlandırmışdı) Putin üçün əsl başağrısına çevrilmişdi. Çünki Putinə görə, Gürcüstan yalnız “Suliko”nun oxunduğu, “ləzginka” oynandığı və onlar üçün kabab bişirildiyi bir yerdən artıq ola bilməzdi. Biz birtərəfli qaydada Rusiya ilə viza rejimini ləğv etdik. Ruslar Gürcüstana gəlib gördülər ki, bizdə neft yoxdur, amma nəyə görəsə bizdə hər şey daha yaxşıdır. Rusiyadakından daha yaxşı yollar, daha yaxşı şəhərlər var. Gördülər ki, dövlət qulluqçuları nəzakətlidir, sərhəddə sizi yaxşı qarşılayırlar, heç kim pul qoparmağa çalışmır, polislər qeyri-adidir. Bunları görüb, özlərinə sual edirdilər: bəs nəyə görə Rusiyada da belə olmasın?
İndi Ukraynada da islahatlar aparılmasa, böyük problemlər olacaq. Ukrayna radikal islahatlar həyata keçirsə, bu, Putinin məğlubiyyəti olacaq. Biz Ukraynanın irəli getməsi üçün hər şeyi etməliyik. Məhz onda Putin heç nəyi izah edə bilməyəcək – bu, onun rejiminin iflasının başlanğıcı olacaq. Biz cəmi bir ilə Ukraynanı dəyişə bilərik. Əgər biz istəsək, bombalar və raketlər artıq Putinə kömək etməyəcək.

Putin mütləq məğlubiyyətə uğrayacaq. Növbəti mərhələ Putin rejiminin çökməsi və ardınca Rusiyanın ərazi bütövlüyü ilə bağlı ciddi problemlərin ortaya çıxması olacaq.

Hər iki ölkə üçün ortaq problem var: Gürcüstan üçün Abxaziya və Cənubi Osetiya, Ukrayna üçün Krım və Donbas. Sizcə, bu problemlər ağlabatan gələcəkdə həllini tapacaq? Tapacaqsa, necə?

-- Tam əminəm ki, həlini tapacaq. Putin mütləq məğlubiyyətə uğrayacaq. Məncə, Ukraynanın şərqində o, artıq məğlub olub. Ukrayna hadisələrindən, bu ağılsız Suriya macərasından sonra növbəti mərhələ Putin rejiminin çökməsi və ardınca Rusiyanın ərazi bütövlüyü ilə bağlı ciddi problemlərin ortaya çıxması olacaq. Öz qonşularına hörmət etməyən, özünün muxtar respublikalarına müstəmləkə kimi yanaşan (məsəslən, Şimali Qafqazda bu, birmənalı şəkildə belədir) bir dövlət həmin ərazilər üzərində nəzarəti itirməyə məhkumdur. Ədalət bərpa olunacaq. Ukrayna, Moldova və Gürcüstan öz torpaqlarını geri qaytarıb, artıq yeni Rusiya ilə inkişaflarına davam edəcəklər.

XS
SM
MD
LG