Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:19

Saakashvili:"Poroshenko məni vətəndaşlıqdan çıxarmaq istəyir"


Mikheil Saakashvili

Mikheil Saakashvili

Mikheil Saakashvili deyir ki, prezident Petro Poroshenko onun Ukrayna vətəndaşlığından məhrum eləmək istəyir.

Odessa vilayətinin keçmiş qubernatoru bunu özününFeysbuk səhifəsində yazıb.

Onun sözlərinə görə, bu barədə etibarlı mənbədən məlumat alıb.

“Prezident “Petro Poroshenko Bloku”nun parlamentdəki fraksiyasının sədr müavini İqor Kononenko və prezident aparatında qeyri-rəsmi şəkildə korrupsiya pramidası üzrə məhkəmə işlərinə baxan Aleksandr Qranovskiyə, mənim Ukrayna vətəndaşlığından çıxarılmamı göstəriş verib”, deyə o yazır.

Saakashvili deyir ki, beynəlxalq qanun və Ukrayna qanunvericiliyinə görə başqa vətəndaşlığı olmayan Ukrayna vətəndaşı, vətəndaşlıqdan çıxarıla bilməz.

O, prezidentin bu hərəkətindən təəssüfləndirini bildirir və qeyd edib ki, Poroshenko nəin ki, bu banditlərin xidmətindən yararlanır, üstəlik onların məsləhətlərinə də qulaq asır.

Saakashvili noyabrın əvvəllərində Odessa vilayətinin qubernatorluğundan istefa verdi və bundan sonra Ukraynada korrupsiyaya qarşı mübarizəni davam etdirmək üçün yeni siyasi hərəkat yaratdığını bəyan elədi.

O, hakimiyyəti korrupsiyanın öhtəsindən gələ bilməməkdə, Poroshenkonu isə birbaşa korrupsiyalaşmış klanların arxasında durmaqdaittiham edir.

Poroshenko noyabrın 10-da Saakashvilini işdən azad edib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG