Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:25

Odessa vilayətinin keçmiş qubernatoru Mikheil Saakashvili Ukrayna əhalisini etiraz aksiyasına çıxmağa və hakimiyyətə “qırmızı vərəqə” göstərməyə çağırıb.

Saakashvilinin sözlərinə görə, ölkə parlamenti 2 il ərzində vacib problemləri həll etmək iqtidarı və istəyində olmadığını nümayiş etdirib.

O qeyd edib ki, hakimiyyət maydanda səsləndirilən tələblərdən heç birini yerinə yetirməyib, məmurlar isə oğurlamaqda davam edirlər.

“Biz mövcud konstitusiya çərçivəsində erkən seçki keçirilməsini tələb edirik. Bu indiki parlament üçün sonuncı qış olmalıdır”,deyə o, özünün Feysbuk səhifəsində yazıb.

Sosial şəbəkələr 200 nəfərin Saakashvilinin çağırışını qəbul etdiyini, 500 nəfərinsə buna maraq göstərdiyini yazırlar.

Qeyd edək ki, Mikheil Saakashvili noyabrın əvvəllərində Odessa vilayətinin qubernatorluğundan istefa verib və bundan sonra Ukraynada korrupsiyaya qarşı mübarizəni davam etdirmək üçün yeni siyasi hərəkat yaratdığını bəyan edib.

O, hakimiyyəti korrupsiyanın öhtəsindən gələ bilməməkdə, Poroshenkonu isə birbaşa korrupsiyalaşmış klanların arxasında durmaqdaittiham edir.

Şərhləri göstər

XS
SM
MD
LG