Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:11

E.Rüstəmovdan nikbin proqnoz


Elman Rüstəmov
Elman Rüstəmov

-

«Son dövrlər valyuta alışını həyata keçirmişik. Manat yenə də «üzən məzənnə» rejimində öz dayanıqlığını axtarır».

«Report»un xəbərinə görə, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov jurnalistlərə açıqlamasında deyib.

O, qeyd edib ki, manatın taleyi həm daxili, həm də xarici amillərdən asılıdır: «Hamını manatla bağlı proqnoz maraqlandırır. Bu, həm daxili, həm də xarici amillərlə bağlıdır. Bugünkü vəziyyət onu deməyə əsas verir ki, ilin sonuna qədər manatın məzənnəsində dəyişiklik gözlənilmir. İqtisadi vəziyyət bunu deməyə əsas verir. Manatın məzənnəsi neft qiymətləri ilə deyil, Azərbaycan Dövlət Neft Fondunun gəlirləri ilə bağlıdır».

Elman Rüstəmov bildirib ki, ilin əvvəlindən indiyə kimi MB-nin valyuta ehtiyatları artaraq 4.2 milyard dollara çatıb: «Neftin qiyməti yüksələrsə, təbii ki, strateji valyuta ehtiyatlarımız artacaq».

2015-ci ildə ölkədə iki dəfə devalvasiya baş verib. Nəticədə manat dollar qarşısında təqribən iki dəfə dəyər itirib.

XS
SM
MD
LG