Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:31

Cəbhəçi gəncin buraxılması gözlənir


Ruslan Qarayev
Ruslan Qarayev

Azərbaycan Xalq Cəbhəsi Partiyasının Sumqayıt Gənclər Təşkilatının sədri Ruslan Qarayevin avqustun 9-u axam saatlarında buraxılacağı gözlənir.

Bunu AzadlıqRadiosuna R.Qarayevin vəkili Əsabəli Mustafayev bildirib.
Vəkilin deməsinə görə, inzibati həbsi müddəti ərzində R.Qarayevlə cəmi iki dəfə görüşə bilib: «Bilərəkdən problem yaradırdılar, vaxtımın çoxu görüşdən çox gözləməyə gedirdi».

R.Qarayevə 20 sutka inzibati həbs cəzası verildiyi bildirilir. Vəkilinin deməsinə görə, onu polisə müqavimət adı ilə saxlayıblar. Ancaq gənc polisə hər hansı müqavimət göstərmədiyini bildirib.

R.Qarayev iyulun 20-si axşam saatlarında saxlanmışdı.

Hazırda AXCP-nin 10-dan çox üzvü həbsdədir. Partiya onların siyasi sifarişlə həbs edildiyini düşünür.

Hakimiyyət rəsmiləri isə Azərbaycanda siyasi məhbusların olması fikri ilə razılaşmırlar.

XS
SM
MD
LG