Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:28

Cəbhəçi gəncə 20 sutka verildiyi deyilir


Ruslan Qarayev
Ruslan Qarayev

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Gənclər Komitəsinin Sumqayıt şəhər şöbəsinin sədri Ruslan Qarayevə 20 sutka həbs cəzası verildiyi deyilir.

Bu barədə AzadlıqRadiosuna AXCP rəhbərliyindən məlumat veriblər. R.Qarayevin polisə müqavimət adı ilə saxlanıldığı bildirilir.

Ancaq, hələlik, bu deyilənlərə Daxili İşlər Nazirliyi mətbuat xidmətindən münasibət almaq mümkün olmayıb.

R.Qarayevin iyulun 21-i axşam saatlarında saxlandığı güman edilir. Gecə saatlarında AXCP Sumqayıt təşkilatının bir qrup fəalı polis idarəsinin qarşısına toplaşıb gəncin taleyi haqda məlumat almaq istəyirdilər. Gəncin saxlanma xəbərini də həmin fəallar yayıblar.

Hazırda AXCP-nin 10-dan çox üzvi həbsdədir. Partiya onların siyasi sifarişlə həbs edildiyini düşünür. Hakimiyyət rəsmiləri isə Azərbaycanda siyasi məhbusların olması fikri ilə razılaşmırlar.

XS
SM
MD
LG