Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:08

Rusiya yoxsullaşmağa doğru gedir


Rusiyada evsizlər.
Rusiyada evsizlər.

İqtisadi artım olsa da, 2017-ci ildə işsizlik problemi həllini tapmayacaq, hətta bir az da güclənəcək.

BMT-nin Beynəlxalq Əmək Təşkilatının yeni hesabatında belə deyilir.

Təşkilat bildirir ki, 2017-ci ildə işsizlərin sayı 5.8% artacaq, daha 3.4 milyon adam işsiz qalacaq. İşsizlikdən əziyyət çəkəcək ən böyük ölkə – işsiz azərbaycanlıların çoxunun üz tutduğu Rusiya olacaq. Beynəlxalq Əmək Təşkilatı işsizliyin artması ucbatından Rusiyanın öz vətəndaşlarının bir hissəsinin ölkəni tərk edəcəyini proqnozlaşdırır.

30% YOXSULLUQ TƏHLÜKƏSİYLƏ ÜZ-ÜZƏDİR

Doğrudur, neftin qiymətinin bir qədər artmasının Rusiya iqtisadiyyatında inkişafa səbəb olacağı gözlənir, ölkənin builki iqtisadi artım göstəricisi 1.5%-ə qalxıb. Amma Beynəlxalq Əmək Təşkilatı neftin əvvəlki illərə nisbətən kəskin ucuzlaşmasının, üstəlik, Birləşmiş Ştatlar və Avropa Birliyinin sanksiyalarının Rusiyaya ağır zərbə vurduğunu qeyd edir.

Rusiya Prezidenti Yanında Xalq Təsərrüfatı və Dövlət Xidməti Akademiyasının ekspertləri ölkə əhalisi arasında sorğu aparıblar. Sonucların tədqiqatı göstərib ki, Rusiya əhalisinin, az qala, 30%-i, yəni hər 3 adamdan biri yoxsulluq təhlükəsiylə üz-üzədir. Gazeta.ru saytının yazdığına görə, ekspertlərin fikrincə, yaxın 3 il ərzində Rusiya vətəndaşlarının gəlirləri 10% azalacaq, 2013-cü il səviyyəsinə düşəcək.

Araşdırmalar rusların artıq keçən ildən qənaətə keçdiyini, hətta təminatlı hesab edilən vətəndaşların 70%-nin ayaqqabı və paltara, ərzağa, əyləncəyə, dərmanlara xərclərini azaltdığını göstərir. Yaşı 26-45 olanların 60%-indən çoxu hər şeydə qənaət etdiyini, məsul işlərdə çalışanların 65%-i xərclərinə daha çox nəzarət etməyə başladığını deyib.

Yekaterinburq şəhərində iş elanları.
Yekaterinburq şəhərində iş elanları.

HƏR 5 ADAMDAN 1-İ İŞİNİ İTİRMƏKDƏN QORXUR

Araşdırmalar Rusiyada hər 5 adamdan 1-nin bu il işini itirmək qorxusu ilə yaşadığını göstərir. Xüsusilə ticarətlə, fiziki əməklə məşğul olanlar, məişət xidməti sahələrində çalışanlar yeni ildən bu təhlükəni gözlədiklərini deyiblər.

Araşdırma müəlliflərinin fikrincə, bu gözləntilər və təkcə həyat tərzində deyil, həyati əhəmiyyətli şeylərdə qənaət yoxsulluq riskinin maksimal həddə çatmasının əlamətidir.

Dünya Bankının proqnozlarına görə, 2016-cı ilin nəticələri Rusiyada yoxsulların sayının 20 milyonu keçəcəyini göstərir. Bankın göstəricilərinə əsasən, gündəlik gəliri 3.1 dollar olanlar yoxsul, 1.9 dollar olanlar çox yoxsul hesab edilir.

Dünya Bankının Azərbaycanla bağlı proqnozu Rusiyanınkından da aşağıdır, 2017-ci ildə iqtisadi artımın 1.2% olacağı gözlənir.

XS
SM
MD
LG