Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:28

Çar Ivan Qroznıya qoyulan ilk heykəl etirazla qarşılanıb


Çar İvan Qroznının heykəlinin açılış mərasimi

Çar İvan Qroznının heykəlinin açılış mərasimi

Bu olay cəmiyyətdə etirazla qarşılanıb. “Currentime TV” öz reportajında etirazların nədən qaynaqlandığını araşdırmağa çalışıb.

Teatr işçilərindən etiraz

Oryol şəhərinin təməlini qoyduğu deyilən çar İvan Qroznının şərəfinə ucaldılan heykəlin açılışı sentyabrın 3-də, şəhərin 450 illik yubileyinə iki gün qalmış baş tutmalı idi.

Ancaq açılışdan xeyli əvvəl - iyunun 18-də Oryolda çara abidə qoyulmasına etiraz aksiyası keçirilib. Aksiya iştirakçıları tarixi qoruq sayılan ərazidə başqa bir abidənin qoyulmasını qəbuledilməz sayıblar. İvan Qroznının heykəli “Svobodnoe prostranstvo” (“Azad məkan”) adlı uşaq və gənclər teatrı binasının yerləşdiyi ərazidə qoyulmalı idi. Piket iştirakçıları heykəlin qoyulmaması üçün yüzlərlə imza toplamışdılar.

Buna da bax: "İvan Qroznı Rusiyanı paza oturtdu, ölkə hələ də həmin pazın üstündədir"

Rəsmi qurumlar etirazlara məhəl qoymadan, teatrın qarşısında özül qazmağa başlasalar da, yerli fəallar, həmin teatrda çalışanlar sonadək dirənir, heykəlin burda ucaldılmasına etirazlarını dilə gətiriblər. Teatrın mətbuat xidmətinin rəhbəri Anna Dulevskaya deyir:

“Geri çəkilmək fikrimiz yox idi. Hakimiyyət də qəddarlıqla münaqişəyə gedirdi. Biz prezidentə, nazirlərə, patriarxa məktub göndərirdik. Mən və həmfikirlərim bura dəfələrlə polis çağırdıq, fəhlələrə qanunsuz işlərini davam etdirməyə imkan vermədik”.


Bundan sonra heykəlin yeri dəyişdirilir. Bu dəfə onu başqa tarixi yerdə - şəhərin ən qədim məbədinin yaxınlığında ucaltmağa qərar verirlər.

Buna da bax: İkinci Nikolay və onun ailəsi kimin qərarı ilə güllələnib?

“Siz işğalçısınız bəyəm?”

“Heykəl qoyulacaq və tərpədilməyəcək! Bu nə deməkdir, axı? Siz işğalçı, ya qəsbkarsınız ki gəlib deyəsiniz, tutalım, burada dar ağacı qurulacaq, orada fürerə abidə qoyulacaq?İşğal edilmiş ərazidə olsaydıq, bunun yeri vardı, ancaq siz vilayəti məsud və bəxtiyar etməyə gəlmisinizsə, o zaman zəhmət çəkib bu xoşbəxtliyin necə görünüb-görünməməsiylə də maraqlanın”, -Rusiya Dizaynerlər İttifaqının üzvü Biktor Pankov belə deyir.

“Mən öz şəhərimə görə utanıram”

Sorğu sonuclarına görə, Oryol şəhər sakinlərinin böyük əksəriyyəti - təxminən 70 faizi şəhərdə çar İvan Qroznıya heykəl qoyulması istəyir. Düzdür, bu sorğunun cəmi 400 nəfər arasında keçirildiyi də deyilir.
“Currentime TV”yə danışan şəhər sakinləri Qroznının dövlət xadimi kimi xidmətlərini yüksək qiymətləndirir, Rusiya ərazilərini böyütdüyünü vurğulayırlar. Hətta çarın qəddarlığına göz yumur və “olan şeydir” deyirlər.

“Mən öz şəhərimə görə utanıram,. Biz çar Pyotr kimi öz Peterburqunun qeydinə qalan, bu şəhərin təməlini qoyan birinə deyil, şəhərimizi siyasi sürgün yerinə çevirən adama abidə ucaldırıq. Bu şəhərin əsasını onun qoyması haqda deyilənlər mübahisə doğursa da, buraya yaramazları sürgün etməsi tam doğrudur. Oryol qəsri İvan Qroznının göstərişiylə, 1566-cı ildə - cənub sərhədlərini qorumaq məqsədilə salınıb. Şəhərin təməlinin qoyulma tarixi, rəsmi olaraq bu gündən, hesablanır”, - Rusiya Yazıçılar Birliyinin üzvü Anastasiya Boytsovanın fikridir.

Bu ilin noyabrında Rusiyada İvan Qroznıya 2-ci heykəl də qoyula bilər. Həmin abidənin Vladimir vilayətindəki Aleksandrov şəhərində ucaldılması planlaşdırılır. Qəzəbli və qorxunc çar bu yerlərdə 17 il yaşayıb vəhökmranlıq edib.
________________________________________

Günün bütün mövzuları

XS
SM
MD
LG