Keçid linkləri

2024, 17 Aprel, çərşənbə, Bakı vaxtı 01:28

Rus televiziyası yenə "hərbi sirri sızdırdı"


Qalmaqallı xəritə
Qalmaqallı xəritə

►"Reuters" xəbər verir ki, rus hərbi komandanlığı Suriyadakı əməliyyat barədə hesabat verərkən prezident Vladimir Putinə bu ölkənin mərkəzi hissəsində yerləşən Rusiya artilleriya hissəsinin mövqelərini göstərib.

Bu isə o deməkdir ki, Moskva hərbi əməliyyatlarda bu vaxta qədər bilindiyindən daha fəal iştirak edir. Bundan başqa, əgər xəritədə göstərilən batareya Rusiya ordusunun bir hissəsidirsə onda deməli Rusiya ordu hissələri Moskvanın, haqqında danışdığı ərazilərdən kənarda da fəaliyyət göstərir.

Xəritədə göstərilən mövqenin üzərində "5 габатр 120 абр 2А65 Мста-Б 6 ед с 14.00 06.11" yazısı olub.

“Aбр” abbreviaturasının “artilleriya briqadası”, “габатр”ın isə “haubitsa batareyası” demək olduğu bildirilir.

Qeyd olunur ki, Rusiya ordusunda 120-ci artilleriya briqadası həqiqətən də mövcuddur və onun dislokasiya yeri Sibirdir. Briqada həqiqətən də “Мста-Б” haubitsaları ilə təchiz edilib.

Buna da bax: Pensiyaların müqayisəsi - keçmiş sovet ölkələrində

"Reuters"in müxbirləri hərbi hissənin növbətçisi ilə əlaqə saxlayıblar. O, bu briqadanın hərbçilərinin Suriyaya göndərilməsi barədə bir şey bilmədiyini deyib.

Rusiyanın uzaqmənzilli aviasiyası Suriyadakı hədəfləri bombalamağa hazırlaşır, 17 noyabr, 2015
Rusiyanın uzaqmənzilli aviasiyası Suriyadakı hədəfləri bombalamağa hazırlaşır, 17 noyabr, 2015

Bu vaxta qədər Rusiya iddia edirdi ki, Suriyada onun qoşunları yalnız Tartusa portunda və ölkənin qərbindəki Latakiya aviabazasında yerləşir.

“Lakin əgər Suriyada həm də Rusiya artilleriyası varsa, onda bu Rusiyanın Suriyada hərbi iştirakının güclənməsi deməkdir,” deyə "Reuters" qeyd edib.

Bundan əvvəl də Rusiya bloqçuları Suriyanın döyüşlərə yaxın ərazilərində Rusiya əsgərlərinə, “könüllülərinə” və hərbi texnikasına rast gəlindiyi barədə yazırdılar.

Kremlin sözçüsü Dmitriy Peskov məsələ ilə bağlı suala belə cavab verib:

“Orada... quru qüvvələri yoxdur və Rusiya hərbçiləri orada quru əməliyyatları həyata keçirmirlər”.

O deyib ki, Suriyada Rusiyanın yalnız texniki hərbi heyəti mövcuddur və o, hərbi-kosmik qüvvələrin əməliyyatını təmin edir. Rusiyanın Müdafiə Nazirliyi şərh verməkdən imtina edib.

XS
SM
MD
LG