Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 10:32

Messencer yazışmalarına müdaxilə üzərində iş gedir


Foto illüstrasiya
Foto illüstrasiya

Rusiya şirkətləri «WhatsApp», «Viber», «Facebook Messenger», «Telegram» və «Skype» kimi messencerlə yazışmalara müdaxilə üzərində işləməyə başlayıblar. Kommersant.ru şirkətlərə bu barədə xüsusi tapşırıq verildiyini yazır.

Bir az əvvəl Rusiya prezident administrasiyası Federal Təhlükəsizlik Xidməti (FTX), Kommunikasiya və Rabitə Nazirliyi, eləcə də Sənaye və Ticarət Nazirliyinin Rusiyada internet-trafikə girişi və deşifrələməni təmin edəcək proqram üzərində işlədiyini bildirmişdi. Rusiyada bu yay qəbul edilmiş «Yarova qanunu»na əsasən, hökumət terrorla mübarizə məqsədilə bütün internet-trafikə giriş əldə etməyə çalışır.

2 AY

Kommersant.ru-nun əldə etdiyi məlumata görə, rabitə şəbəkələrində operativ axtarış funksiyası üçün texniki vasitələr hazırlayan «Con Certeza» şirkəti populyar messencerlərin trafikinin tutulması və deşifrələnməsinin mümkünlüyünü araşdırmaqdan ötrü podratçı axtarır. «Con Certeza»nın informasiya təhlükəsizliyi ilə məşğul olan şirkətlərdən birinin mütəxəssisinə yazdığı məktubda deyilir:

«İşin tərkibi təxminən belədir: iOS və Android platformalı «WhatsApp», «Viber», «Facebook Messenger», «Telegram», «Skype» kimi əsas messencerlər nəzərdən keçirilməlidir. Bəzi məlumatların, yəni yazışan tərəflərin, parolların, ismarışların müəyyən edilməsi imkanları barədə ekspert rəyi hazırlanmalıdır».

Yazıdan belə çıxır ki, hər bir messencerin araşdırılmasına 2 ay vaxt verilir, həm də işə «Viber»dən başlamaq planlanır.

Şirkətin müraciət etdiyi mütəxəssis kommersant.ru-ya müsahibəsində deyib ki, o, işi görməyə razı olub, ancaq işin nəticəsinin ictimaiyyətə açıqlanmasını istəyib. «Con Certeza» mütəxəssisin şərtiylə razılaşmayıb.

MÜDAXİLƏ MÜMKÜN DEYİL, AMMA...

Əslində, ekspertlər hələ «Yarova qanunu»nun müzakirəsi zamanı bütün yazışmalara müdaxilənin mümkün olmadığını bildiriblər. İnternet təhlükəsizliyi ilə məşğul olan «Cisco»nun mütəxəssisi Aleksei Lukatsky mesencerlərdə yazışmalara kütləvi girişə hələ kimsənin nail olmadığını söyləyir. Ancaq, əsasən, saytları hücumlardan qoruyan «Qrator Labs» şirkətinin baş direktoru Aleksandr Lyamin kommersant.ru-ya müsahibəsində deyib ki, əgər MITM-hücumdan (Man in the Middle) uğurla istifadə olunsa, hökumətdəkilər yazıların mətnini deşifrə edə bilərlər: «İndiki mərhələdə araşdırmanın məqsədi ünsiyyətdə olan tərəflərin identifikasiyasına nail olmaqdır».

«Digital Security»nin bir mütəxəssisi kommersant.ru-ya açıqlamasında bildirib ki, şifrələnmiş trafiki, eləcə də «end-to-end» şifrələmədən istifadə edən messencerlərin trafikini tutmaq nəzəri cəhətdən mümkündür. Ancaq bunun da qarşısını almağın vasitələri var.

«Viber», «Telegram», «WhatsApp» və «Facebook Messenger»in təmsilçiləri bu barədə şərh vermək istəməyiblər. Rusiya mütəxəssisləri xarici internet xidmətlərinin deşifrələmə açarlarını Federal Təhlükəsizlik Xidmətinə verməyəcəklərinə yalnız ümid edirlər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG