Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:16

Okryabrın 21-də Rusiyanın Yamal yarımadasında Mi-8 vertolyotu qəzaya uğrayıb, azı 19 adam həlak olub.

RİA-Novosti xəbər verir ki,vertolyotda 22 sərnişin, 3 ekipaj üzvü olub. Sərnişinlərin neft sahəsində çalışdığı bildirilir.

Vertolyot Suzunskoye kəndindən Krasnoyarsk vilayətinin Yeni Urenqoy hava limanına uçurmuş.

Hadisə barədə Fövqəlhadə Hallar Nazirliyinə yaralı sərnişinlərdən biri telefonla xəbər verib. Yaralı şəxs helikopterlə xəstəxanaya çatdılıb, onun vəziyyəti ağırdır.

Rəsmilər həmin gün ərazidə hava şəraitinin və görmənin pis olduğunu deyirlər və qəzaya da bunun səbəb ola biləcəyini ehtimal edirlər.

Vertolyotun “qara qutusu” yaxşı vəziyyətdə tapılıb. “Qara qutu” oxunandan sonra qəzanın səbəbləri aydınlaşacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG