Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:31

-

Rusiyanın Sənaye və Ticarət Nazirliyi Türkiyədən yüngül sənaye mallarının, yəni pal-paltarın və sairin idxalının 70–80%-nə qadağa qoymağı təklif edib.

Bununla bağlı İqtisadi İnkişaf Nazirliyinə təklif göndərib.

Nazirlik rəsmisi Viktor Yevtuxov bildirib ki, Rusiyanın özü Türkiyədən idxal edilən yüngül sənaye mallarının 70–80%-ini əvəz edə bilər. O deyib ki, bu idxalın həcmi 1,1 milyard avrodur və Rusiyanın ümumi idxalatının cəmi 6%-ni təşkil edir.

Yevtuxov əlavə edib ki, bu təklif “əlbəttə ki, bizim istehsalçılar üçün əlverişli şərait yaratmaq üçün verilib. Lakin hansı qərarın qəbul ediləcəyini deyə bilmərəm.”

Baş nazirin sözçüsü Natalya Timakova TASS agentliyinə bildirib ki, Sənayə və Ticarət Nazirliyinin türk mallarının idxalı ilə bağlı heç bir təklifi hökumətdə müzakirə edilmir.

Daha əvvəl nazirliyin rəhbəri Denis Manturiv demişdi ki, Rusiya türk yüngül sənaye mallarının idxalına embarqo qoymağı planlaşdırmır. “Biz iqtisadiyyatımıza və əhalimizə ziyan vura biləcək qadağalar və məhdudiyyətlər qoymamalıyıq,” deyə o əlavə etmişdi.

Dekabrın 1-də Rusiya hökuməti 1 yanvar 2016-cı il tarixindən etibarən türk meyvə, tərəvəz, quş əti və duzunun idxalını dayandırmaq barədə qərar qəbul edib. Qərarda bundan başqa Türkiyəyə çarter reyslərinin təşkili və turların satışının qadağan edilməsi, habelə yanvarın 1-dən viza rejiminin tətbiq edilməsi də nəzərdə tutulub.

Prezident Vladimir Putin Su-24 təyyarəsinin vurulmasından sonra Federal Məclisin qarşısında çıxış edərkən bildirmişdi ki, türklər “təkcə pomidorlarla canlarını qurtara bilməyəcəklər”.

Günün bütün mövzuları

XS
SM
MD
LG