Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:33

Rusiyayla Türkiyə yeni birlik yaradır?


Pravda.ru Rusiyayla Türkiyənin dostluq münasibətlərini təzələməsindən, yeni ittifaqın yarana biləcəyindən yazır.

HƏR YAXINLAŞMADAN SONRA NƏSƏ BAŞ VERİR

Müəllif Harun Yahya qeyd edir ki, Türkiyəylə Rusiyanın münasibətləri normallaşmağa başlayandan, bir də Türkiyədə çevriliş cəhdindən sonra Ankarayla Moskva aralarındakı ittifaqı möhkəmlətməyə çalışırlar. Hər iki ölkə regional məsələləri nəzərə alaraq, xüsusilə Qara dəniz və Suriya ilə bağlı ümumi strategiya yeritməyə başlayıb. Müəllifin fikrincə, bu ittifaq bərkiyərsə, Azərbaycan, İran, hətta Pakistan da ona qoşula bilər. Beləliklə, regionun problemlərini yalnız region ölkələrinin həll edə biləcəyi fikrini irəli sürən birlik yaranar və bu birliyin regiona sülh gətirmək potensialı daha böyük olar.

Harun Yahya İranın bu istiqamətdə addımını artıq atdığını, Həmədandakı hava bazasını Rusiya təyyarələrinin ixtiyarına verdiyini qeyd edir.

Buna da bax-Gizli diplomatiya Türk-Rus böhranını belə bitirdi

Müəllif Türkiyəylə Rusiya arasında yaxınlaşmanın birinci hal olmadığını, XIX əsrin əvvəllərindən bəri bu iki ölkənin dəfələrlə ittifaq qurmağa çalışdığını, Qərbin təzyiqləri və xəbərdarlıqlarından sonra pozuluşduqlarını yada salır. Müharibələrə baxmayaraq, Türkiyənin müstəqillik uğrunda mübarizəsi dövrü, eləcə də respublikanın ilk illərində Rusiyadan dəstək aldığını, amma hər dəfə Rusiyaya yaxınlaşandan sonra Türkiyədə bir çaxnaşma, hətta dövlət çevrilişi cəhdinin baş verdiyini bildirir.

ADSIZ İTTİFAQ

Müəllif yazır ki, prezidentlər Erdoğan və Putin-in rəhbərliyi altında Türkiyəylə Rusiya arasında adsız ittifaq istiqamətində iş artıq başlayıb, bu ölkələr siyasi, iqtisadi, ticarət sahəsində birgə işlər görür, nəhəng layihələr həyata keçirirlər. Yazıdan belə çıxır ki, hətta 2015-ci ildə türk əsgərlərinin rus təyyarəsini vurması, ondan sonra səslənən qarşılıqlı ittihamlar və sərt çıxışlar da bu əməkdaşlığa bir elə xələl gətirməyib. Və bu günRusiyayla Türkiyə bütün daxili və xarici maneələrə rəğmən, əməkdaşlığın yeni mərhələsinə qədəm qoyur. Pravda.ru belə yazır.

Oktyabrın 10-da Rusiya prezidenti Vladimir Putin Türkiyəyə gedəcək. Onun beynəlxalq forumda iştirakı və prezident Erdoğan-la görüşü nəzərdə tutulub.

Günün bütün mövzuları

XS
SM
MD
LG