Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 00:04

Rusiya Tibet lamasını niyə sürgün edib?


Shiwalha Rinpoche sürgünə gedir

Shiwalha Rinpoche sürgünə gedir

Rusiyada son on ildə çox populyar olan Shiwalha Rinpoche, Federal Təhqiqatlat Xidməti tərəfindən arzuedilməz şəxs elan olunub.

AzadlıqRadiosunun müxbirləri Claire Bigg və Ilya Kizirov yazırlar ki, Rusiya təhlükəsizlik xidməti ölkənin məşhur Tibet lamasını rusiyalılar arasında Buddizmi yaydığına görə ölkədən deportasiyaedib.

Rusiyada son on ildə doğrudan da çox populyar olan Shiwalha Rinpoche, Federal Təhqiqatlat Xidməti tərəfindən arzuedilməz şəxs elan olunub. Ona sentyabrın axırlarında Rusiyanı həmişəlik tərk etmək göstərişi verilib.

Rusiya şamanı Adıg Eeren (Ayı ruhu) ayinini icra edir

Rusiya şamanı Adıg Eeren (Ayı ruhu) ayinini icra edir

O oktyabrın 16-da Moskvadan Hindistana uçmağa hazırlaşdığı vaxt AzadlqıRadiosuna deyib ki, bu illər ərzində onun barəsində heç bir şikayət olmayıb.

“Amma ötən il FTX-dən mənim moizələrimdən birinə gəlmişdilər. Dinlədilər və axırda mənə dedilər ki, bir az, az moizə oxuyum” – deyib Rinpoche.

Shiwalha Rinpoche bildirib ki, onun heç bir günahı yoxdur, lakin ölkənin sürgün barədə qərarını qəbul etməlidir.

Ruhani bildirir ki, o bütün bu illər ərzində heç kimə pislik etməyib, əksinə moizələri ilə ümidsizlərə həyat ümidi verib.

Onun ölkədən belə qəfil çıxarılması Rusiyanın buddist icmasında müəyyən şübhələr oyadıb ki, bu işin içində Çinin barmağı ola bilər.

Lamanın davamçıları FTX-ni məhkəməyə veriblər. Onlar sürgün barədə qərara qarşı petisiya hazırlayıblar və imza toplayırlar.

Moskvada mühazirə mərkəzlərindən birinin sözçüsü Yelena Lokhninadeyib ki, “davamçıları lamanı ürəkdən sevirlər”.

Arzuolunmaz

Bu arada FTX qəbul edilmiş qərar haqqında heç bir şərh vermir. Sadəcə bildirilir ki, bu, dövlət sirridir.

Deportasiya əmrində FTX yalnız ölkəyə gəliş və gedişi tənzimləyən qanunu göstərib.

Rusiyanın milli müdafiə və təhlükəsizliyinə, habelə ictimai asayış və sağlamlığa ziyan vuran xaricilər “arzuolunmaz şəxs” elan edilə bilərlər

Sözü gedən maddədə deyilir Rusiyanın milli müdafiə və təhlükəsizliyinə, habelə ictimai asayış və sağlamlığa ziyan vuran xaricilər “arzuolunmaz şəxs” elan edilə bilərlər.

Bu qanun maddəsində söhbət həm də konstitusiya sisteminin, mənəvi dəyərlərin, insan haqlarının və hüquqi maraqların qorunmasından gedir.

Shiwalha Rinpoche-un tərəfdarları deyirlər ki, əksinə o, ruslar arasında narkomanlıq və əyyaşlıqla mübarizə aparıb.

Xanım Lokhninanın dediyinə görə lama bir çoxlarına şəxsi problemlərinin, ailə münaqişələrinin həllində kömək edib.

Buddizmi Tuvaya qaytaran rahib

Shiwalha Rinpoche-un Rusiyaya marağı 2004-cü ildən başlayıb. O vaxt o, Şərqi Sibirdə əhalisinin əksəriyyəti buddist olan Tuva Muxtar Respublikasına qonaq gəlmişdi.

Lama sidq-ürəkdən inanır ki, hansısa yerli sibirlinin ruhunun daşıyıcısı və ya “dirilməsidir”

Dörd ildən sonra o Tuvada yerli hökumət orqanlarının təqdimatı ilə daimi məskunluq hüququ alıb.

Ötən il Rusiyadan vətəndaşlıq istəmiş lama sidq-ürəkdən inanır ki, hansısa yerli sibirlinin ruhunun daşıyıcısı və ya “dirilməsidir”.

Belə bir mötəbər lamanın gəlişi tarixən buddist olan Sibir ərazilərində bu inancın dirçəlməsinə səbəb olmuşdu. Sovet dövründə yerli buddist ruhanilərə qarşı repressiyalar olardı.

48 yaşlı Shiwalha Rinpoche-un dini titulu “geşe”dir. Bu, Qərb anlayışları ilə Budda fəlsəfəsində doktorluq dərəcəsinə bərabər tutulur.

Onun Rusiyada, ələxüsus da Tuvada minlərlə davamçısı var. O bir çox təşkilatların təsisçisidir, ötən il isə Tuvada ilk buddist meditasiya mərkəzinin açılışını edib.

O 2012-ci ildə yerli hökumət və parlament tərəfindən regionda Buddizmin dirçəldilməsinə görə mükafatla təltif edilib.

Lamanın 2006-cı ildə yaratdığı Enerel Mədəniyyət Fondunun rəhbəri Aneta Oorzhak deyir ki, o adamlara öz dinlərini qaytarıb.

“Çin barmağı”

Bir çoxları inanırlar ki, FTX-nin Shiwalha Rinpoche-a qarşı hərəkəti Çinin məxfi xahişi əsasında həyata keçirilib.

Tanınmış din eksperti Boris Falikov deyir ki, Çin Rusiyada Tibet Buddizminin yayılmasında çox narahat olub. Çünki bu dinin geniş yayılıması Dalay Lamanı bütün dünyadan təcrid etməyə çalışan Çinin işinə yaramır.

Rusiya Sibirində şamanlıq qədimlərdən yayılıb

Rusiya Sibirində şamanlıq qədimlərdən yayılıb

Rusiyanın Çinlə tarixi toqquşmaları olubsa da, Moskva və Pekin geosisyasi və insan haqları kimi məsələlərdə bir-birinə güzəştə gedirlər.

Çin Tibet Buddizmini qadağan edib və bildirir ki, Dalay Lama Tibetə müstəqillik istəyən separatçıdır.

Rusiyanın qeyri-Tibet buddistləri də Shiwalha Rinpoche-un müdafiəsinə qalxmayıblar.

Onlar “Kommersant” qəzetinə bildiriblər ki, gözüm-çıxdıya salınan rahiblə heç bir bağlılıqları yoxdur.

Bir gün qayıdacağına inanır

Rusiya qanunları ölkədə dörd dini – Rus Pravoslavlığını, İslamı, Buddizmi və Yəhudiliyi ənənəvi dinlər kimi tanıyır.

Lakin hətta bu dinlərə də ölkə xaricindən gətirilən təriqətlər bir çox hallarda sıxışdırılır.

Buna baxmayarq, Tuvada bir çoxları bu gəlmə rahibin müdafiəsinə qoşulublar. Enerel Fondunun rəhbəri Oorzhak deyir ki, respublikanın baş naziri Sholban Kara Ool FTX rəsmilərindən məlum qərara bir də baxılmasını xahiş edib.

Oorzhak FTX-nin yerli rəislərinə istinadən deyir ki, lamanın ölkədən xaric edilməsi qərarı Tuva Respublikasının xaricindən gəlib.

Shiwalha Rinpoche isə hələ də inanır ki, bir gün Rusiyaya qayıda biləcək.

Bu arada Tuva Ali Məhkəməsi də bu işə baxmağa hazırlaşır. Yerli parlament rahibin taleyi barədə qərara gələ bilməyib.

Shiwalha Rinpoche-un milliyyətcə rus müdafiəçilərindən bəziləri deyirlər ki, Rusiyanın problemlərinə lama yox, korrupsioner məmurlar bais olurlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG