Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:18

Rusiya təyyarəsini “kənar təsirin” qəzaya uğratdığı deyilib


Qəzada ölənlərin cəsədləri Sankt Peterburqa gətirilir

Qəzada ölənlərin cəsədləri Sankt Peterburqa gətirilir

Rusiya Federal Aviasiya Agentliyinin rəhbəri isə bildirib ki, qəzanın səbəbləri barədə hər hansı mülahizələr irəli sürmək hələ çox tezdir.

Rusiyanın Koqalımavia şirkəti ötən şənbə Sinay yarımadası üzərində baş vermis təyyarə qəzasına “kənar təsir”in səbəb olduğunu bildirib. Bu qəzada 224 nəfər həlak olub.

Şirkətin vəzifəli rəsmilərindən biri deyib ki, qəzanın baş verməsinə yeganə izahat “onun kənar təsir nəticəsində törəndiyi ola bilər”.

ABŞ milli kəşfiyyatının rəhbəri James Clapper də bilririb ki, “bu qəzanın terror nəticəsində törəndiyini birbaşa göstərən dəlillər yoxdur

Lakin bu da xəbər verilir ki, təyyarənin “qara qutuları” üzərində təhqiqat hələ davam edir.

Rusiya Federal Aviasiya Agentliyinin rəhbəri isə bildirib ki, qəzanın səbəbləri barədə hər hansı mülahizələr irəli sürmək hələ çox tezdir.

“Bu cür iddialar heç bir aşkar fakta əsaslanmır” – deyib Aleksandr Neradko Rusiya televiziyasına.

Putin təmkinə çağırır

Misir prezidenti Abdel Fattah el-Sisi də BBC-yə bildirib ki, nəticə çıxarmaqda tələsmək lazım deyil.

O İslam Dövləti adlandırılan təşkilata aid edilən cihadçıların təyyarəni vurduqları barədə iddialarını “təbliğat” adlandırıb.

Prezident deyib ki, onlar bu yolla Misirdəki təhlükəsizlik və sabitliyi pozmağa çalışrılar.

Həlak olmuş ekipaj üzvlərinin fotostendi

Həlak olmuş ekipaj üzvlərinin fotostendi

ABŞ milli kəşfiyyatının rəhbəri James Clapper də bilririb ki, “bu qəzanın terror nəticəsində törəndiyini birbaşa göstərən dəlillər yoxdur”. Lakin o əlavə edib ki, “bunu istisna etməzdi”.

Rusiya prezidenti Vladimir Putin qəzanı “böyük faciə” adlandırıb.

O qəza qurbanlarının yaxınlarına təskinlik verərkən deyib ki, “baş verən hadisələrin obyektiv mənzərəsini yaratmaq üçün mümkün olan hər şeyi etmək lazımdır”.

“Spesifik, sırf fiziki təsir”

Bundan əvvəl Moskvada keçirilən mətbuat konfransında yeni adı Metrojet olan şirkətin direktor müavini texniki qüsuru və ya pilot xətasını istisna etdiyini bildirib.

“Təyyarənin havada uçuş vaxtı dağılmasının yeganə izahı təyyarəyə spesifik, sırf mexaniki, fiziki təsirin göstərildiyi ola bilər” – deyib Aleksandr Smirnov.

“Təyyarənin havada uçuş vaxtı dağılmasının yeganə izahı təyyarəyə spesifik, sırf mexaniki, fiziki təsirin göstərildiyi ola bilər” – deyib Aleksandr Smirnov

O deyib ki, təyyarənin uçuş vaxtı dağılmasına səbəb ola biləcək sistem nasazlıqlarının heç bir kombinasiyasını təsəvvür edə bilmir.

Lakin bundan əvvəl başqa bir rəsmi məlumat vermişdi ki, elə bu təyyarə 2001-ci ildə havaya qalxarkən onun quyruğu zədələnibmiş.

Rəsmi əlavə etmişdi ki, zədələnmiş hissə təmir edilmişdi və qəza zamanı heç bir rol oynamayıb.

Buna baxmayaraq, təyyarənin ikinci pilotunun xanımı Rusiyanın NTV telekanalına müsahibəsində demişdi ki, əri uçuşdan az əvvəl təyyarənin yarıtmaz texniki vəziyyətindən şikayətlənirmiş.

Axtarış davam edir

Cənab Smirnov bildirib ki, Airbus 321 təyyarəsi sürətini itirdikdən sonra tez bir zamanda yerə düşməyə başlayıb və ekipaj yerlə heç bir radio əlaqəsinə girməyib.

Qəzada həlak olanlardan 144-nün cəsədləri Sankt Peterburq şəhərinə gətirilib. Qəzaya uğrayan təyyarənin mənzil məntəqəsi məhz bu şəhər idi.

Rusiya fövqəladə hallar nazirinin müavini Vladimir Puchkov deyib ki, 20 kvadrat kilometrlik dairədə axtarış işləri başa çatıb və indi axtarışın çevrəsi 30 kvadrat kilometrdir.

O deyib ki, axtarış işləri bütün cəsədlər tapılanadək davam etdiriləcək.

Təyyarədə 25 uşaq da daxil 217 sərnişin vardı.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG