Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 09:51

Dövlət Dumasının üzvü Aleksandr Ageyev öz müraciətində FTX-dən Rusiya istifadəçilərinin Telegram mesencerinə girişini məhdudlaşdırmağı xahiş edib.

Bu barədə müraciət artıq Federal Təhlükəsizlik Xidmətinə (FTX) göndərilib. Müraciətdə deyilir ki, bu messencerdə informasiya “bir neçə şifrələmə mərhələsindən keçir”.

RİA agentliyinin məlumatına görə, Rusiya Dövlət Duması Konstitusiya Komitəsi sədrinin müavini Aleksandr Ageyev öz müraciətində FTX-nin rəhbəri Aleksandr Bortnikovdan Rusiya istifadəçilərinin Telegram mesencerinə girişini məhdudlaşdırmağı xahiş edib.

Ageyevin müraciətində bildirilir ki, Telegram meccencerindən “İslam Dövləti” təşkilatının terroçuları təbliğat məqsədilə istifadə edirlər.

Deputat bu qənaətdədir ki, rusiyalıların İD sıralarına səfərbərliyə alınması da bu şəbəkədə baş verir.

Telegram məlumatları avtomatik məxfiləşdirir

Millət vəkili narazılıq edir ki, messencerdə göndərilən məlumatlar avtomatik olaraq şifrələnərək məxfiləşdirilir.

Ageyev deyib ki, onda olan məlumata görə terroçular noyabrın 13-də Parisdə keçirdikləri əməliyyatı Telegram messencerində əlaqələndiriblər.

Deputat deyib ki, Rusiyada çox sayda sosial şəbəkələr fəaliyyət göstərir və onlar antiterror sahəsində Rusiya qanunvericiliyinə riayət edirlər və elə buna görə də Telegram-a girişin məhdudlaşdırılması söz azadlığının boğulması ilə eyniləşdirilə bilməz.

Bundan bir qədər əvvəl Çeçenistan lideri Ramzan Kadırov WhatsApp messencerinin bağlanmasını təklif etmişdi.

O da deyirdi ki, terroçular sıralarına yeni səfərbərləri bu messencer vasitəsilə cəlb edirlər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG