Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:09

-

ABŞ NATO-Rusiya sərhədi yaxınlığında hərbi texnika yerləşdirir.

Belə ki, döyüş tankları, artilleriya Norveç mağaralarında yerləşdirilir.

NATO ilə Rusiya arasında münasibətlərin yenidən gərginləşdiyi vaxtda "Soyuq müharibə" dövründən qalan bu mağaralar yenidən yada düşüb.

Uzunluğu təqribən 196 kilometr olan Rusiya-Norveç sərhədi "Soyuq müharibə" dövründə hərbiləşdirilmiş ərazi idi. Elə bu gün də Rusiyanın Şimal donanması sərhəddən cəmi 160 kilometr məsafədə, Murmanskda yerləşir.

Oktyabrda norveçli admiral Haakon Bruun-Hanssen jurnalistlərə deyib ki, Rusiya "siyasi ambisiyalarına çatmaq üçün hərbi gücdən istifadə etmək niyyətində olduğunu göstərib".

Dəniz Piyadalarının 2-ci Ekspedisiya Briqadasının əməliyyat zabiti, polkovnik William Bentley deyib ki, əvvəlcədən yerləşdirilmiş hər hansı hərbi texnika həm xərclərə, həm də hər hansı böhran baş verərsə, vaxta qənaət etməyə imkan verir.

Sözügedən mağaraların içindəki temperatur nəzarətdə saxlanılır. ABŞ dəniz piyadalarının verdiyi məlumata görə, bu mağaralarda Amerika texnikasının saxlanmasına ilk dəfə Soyuq müharibə zamanı, 1981-ci ildə başlanılıb.

"Soyuq müharibə"nin başa çatmasından sonra ABŞ bu mağara kompleksinin saxlanmasının nə dərəcədə məntiqli olduğunu sorğulamağa başlayıb.

__________________________________________________________

Bunlara da bax:

___________________________________________________________

Norveç hökuməti 1990-cı illərdə mağaraların saxlanması üçün lazım olan xərcləri öz üzərinə götürüb.

Bu qorunan mağara kompleksi müasir obyektdir. Buranın 100-ə qədər norveçli və amerikalı işçisi var. Kompleksdə 15000 dəniz piyadasını təmin edəcək qədər avadanlıq var. Mağaralardakı texnikadan İraqdakı əməliyyatlar zamanı istifadə edilib.

Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin Avropa proqramının direktoru Heather Conley CNN-ə deyib ki, baş verməkdə olan geosiyasi dəyişikliklər bu mağaraları yenidən strateji dəyərə mindirir.

ABŞ bildirir ki, bu ayın axırında baş tutacaq "Cold Response 16" təlimi zamanı mağaralarda saxlanan hərbi texnikanın 6500 ədədindən istifadə olunacaq. Təlimdə 12 NATO müttəfiqi və tərəfdaşı, ümumilikdə 16000 şəxsi heyət iştirak edəcək.

Təlim barədə məlumat ABŞ Müdafiə Nazirliyinin Rusiyanın NATO müttəfiqlərinə qarşı aqressiyasının qarşısının alınması üçün "Avropanı Yenidən Gücləndirmə Təşəbbüsü"nə 3.4 milyard dollar xərclədiyini elan etməsindən cəmi bir neçə gün sonra yayılıb.

Bu təşəbbüs hərbi texnikanın Baltik dövlətləri, Polşa və Mərkəzi Avropada öncədən yerləşdirilməsini nəzərdə tutur.

Bundan başqa ABŞ Hərbi Hava Qüvvələrinin altı F-15 təyyarəsi Finlandiyaya göndəriləcək. Orada bu yaz Rusiya ilə sərhəddən bir qədər aralı yerləşən hərbi bazada təlimlər keçiriləcək.

Buna da bax...

Günün bütün mövzuları

XS
SM
MD
LG