Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:37

Suriyada Rusiya hərbi müşaviri öldürülüb


Latakiyadakı Rusiya hərbi bazası

Latakiyadakı Rusiya hərbi bazası

Bundan əvvəl bir sıra Rusiya mənbələri xəbər vermişdilər ki, Suriya qoşunları ilə birlikdə Rusiya hərbçiləri də Hələb ətrafındakı blokadanı yarıblar

Suriyada minaatan atəşi nəticəsində Rusiyanın hərbi müşavirlərindən biri həlak olub.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə hadisə bazar ertəsi baş verib.

Sözü gedən müşavir Suriya qoşun hissələrindən birinin mövqelərində olub. Elə bu vaxt həmin məntəqə İslam Dövləti adlanan təşkilat tərəfindən atəşə tutulub.

“Rusiya hərbi müşaviri Suriya ordusuna yeni silahın tətbiqinə dair təlim keçirdi, - deyilir rəsmi açıqlamada, - Bu silah Suriyaya iki ölkə arasında mövcud olan hərbi-texniki əməkdaşlıq müqaviləsi çərçivəsində verilib”.

Həlak olmuş zabit ölümündən sonra dövlət mükafatına təqdim edilib.

Rusiya Müdafiə Nazirliyi nə hərbçinin, nə “yeni silahın”, nə də “dövlət mükafatının” təfərrüatlarını açıqlamayıb.

Bundan əvvəl bir sıra Rusiya mənbələri xəbər vermişdilər ki, Suriya qoşunları ilə birlikdə Rusiya hərbçiləri də Hələb ətrafındakı blokadanı yarıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG