Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:17

Levadanın keçirdiyi rəy sorğusunda iştirak edənlərin 69 faizi Suriya rəhbərliyinin müdafiəsi üçün bu ölkəyə qoşun göndərilməsinin qəti əleyhinə olub.

-

AzadlıqRadiosunun müxbiri Tom Balmforth yazır ki, rusların əksəriyyəti Yaxın Şərqdəki müttəfiq Bashar al-Assad-ın müdafiəsi üçün diplomatik və siyasi vasitələrdən istifadəyə tərəfdar olsa da, onların üçdə ikisi Suriyaya qoşun göndərilməsinin əleyhinədir.

Levada mərkəzinin apardığı rəy sorğusu rusların yalnız 14 faizinin Suriyaya birbaşa hərbi müdaxiləni dəstəklədiyini göstərib

Rusiyanın keçmiş Sovet İttifaqının zəmanəsindən bəri xaricdə keçirdiyi ən böyük missiyanın davam etdiyi bir vaxtda, Levada mərkəzinin apardığı rəy sorğusu rusların yalnız 14 faizinin Suriyaya birbaşa hərbi müdaxiləni dəstəklədiyini göstərib.

Bu rəy sorğusu Rusiya prezidenti Vladimir Putin BMT-nin yüksək kürsüsündən “Suriyaya qoşun göndərilməsinin gündəlikdə olmadığını” elan etdiyi gün keçirilib.

Rusların çoxu Sovet İttfaqının 1979-1989-cu illərdə Əfqanıstanda verdiyi böyük itkiləri yaxşı xatırlayır.

Orada on il ərzində 15 minədək sovet hərbçisi həlak olmuşdu.

Rusiya Ukrayna və Suriyaya canlı qüvvə göndərildiyini inkar etsə də, Kiyev və NATO buna çox sayda sübutun olduğunu bildirirlər.

Rusların 39 faizi Kremlin Suriya siyasətini bəyənir, 11 faizi bəyənmir, 33 faizi isə bu məsələ ilə maraqlanmır

Levadanın keçirdiyi rəy sorğusunda iştirak edənlərin 69 faizi Suriya rəhbərliyinin müdafiəsi üçün bu ölkəyə qoşun göndərilməsinin qəti əleyhinə olub. Buna baxmayaraq, rəyi soruşulanların 67 faizi belə bir dəstəyin diplomatik və siyasi yollarla verilməsinə tərəfdardır.

Rəydə iştirak edənlərin 43 faizi Assad rejiminə silah və sursat göndərilməsini düzgün sayır. 41 faiz hətta bunun da əleyhinədir.

Levadanın sorğusu göstərib ki, rusların 39 faizi Kremlin Suriya siyasətini bəyənir, 11 faizi bəyənmir, 33 faizi isə bu məsələ ilə maraqlanmır.

Elə həmin sorğuya görə rusların 36 faizi Assad hökumətinə, 10 faizi isə müxalifətə rəğbətlidir.

Adamların 39 faizi heç bir tərəfi dəstəkləmir.

Günün bütün mövzuları

XS
SM
MD
LG