Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:30

“ABŞ Suriya məsələsində Rusiya ilə işləməyə hazırdır”


Dövlət katibi John Kerry bildirib ki, ABŞ Suriyadakı dördillik müharibənin başa çatdırılması istiqamətində Rusiya ilə işləməyə hazırdır

ABŞ-ın dövlət katibi John Kerry bildirib ki, Rusiyanın Suriyadakı fəaliyyətləri onun orada özünə məxsus qüvvələri müdafiə etmək məqsədi güddüyünü göstərir.

Cənab Kerry-nin bu bəyanatı ərəfəsində Rusiyanın Suriyada əlavə bazalar salmaq niyyəti barədə xəbərlər yayılmışdı.

Rusiyanın Suriyaya artmaqda olan hərbi yardımı Vaşinqtonu narahat edir, lakin dövlət katibi John Kerry bildirib ki, ABŞ Suriyadakı dördillik müharibənin başa çatdırılması istiqamətində Rusiya ilə işləməyə hazırdır.

O Rusiya prezidenti Vladimir Putini münaqişənin diplomatik yolla həllində konstruktiv rol oynamağa çağırıb.

Kerry: Rusiya Suriyada özünümüdafiə qurur

Bununla belə, cənab Kerry Putinin Suriya prezidentinə verdiyi dəstəyi tənqid edib və bildirib ki, bu, əcnəbi döyüşçülərin Suriyaya axışmasını stimullaşdıran əsas faktordur.

Rusiyanın Suriyadakı hərbi texnikasını göstərdiyi iddia olunan fotolar
Rusiyanın Suriyadakı hərbi texnikasını göstərdiyi iddia olunan fotolar

Bu arada “The Wall Street Journal” qəzeti yazıb ki, yeni peyk fotoları Rusiyanın Suriyada Aralıq dənizi sahili boyunca hərbi fəallığının artırdığını göstərir.

Bu fotolarda Rusiya qırıcı təyyarələrinin görünməsi Moskvanın münaqişədə daha təcavüzkar rol oynaya biləcəyinə şübhələr yaradıb.

“İndilik, bizim hərbçilərimizin və ekspertlərimizin fikrincə, bu qüvvənin, səviyyə və tip baxımından əsasən müdafiə qüvvəsi olduğu görünür” – deyib John Kerry.

Bununla yanaşı o qeyd edib ki, Rusiyanın Suriyadakı uzunmüddətli niyyətinin nə olduğu naməlum qalır.

ABŞ Suriya çözümünə Tehranı da çağırıb

Dövlət katibi deyib ki, əgər Rusiya Suriyada Assadı möhkəmləndirmək və onun danışıqlara gəlməsinə maneçilik törətmək üçün fəaliyyət göstəririsə, bu, problem yaradacaq.

İndiyədək BMT-nin himayəsi altında Suriya müxalifətinin keçid hökuməti barədə danışıqları iflasa uğrayıb.

İndilik, bizim hərbçilərimizin və ekspertlərimizin fikrincə, bu qüvvənin, səviyyə və tip baxımından əsasən müdafiə qüvvəsi olduğu görünür

İndi isə İslam Dövləti adlanan təşkilatın fəallığının artması, Avropanın qaçqın böhranı ilə üzləşməsi münaqişəyə tez bir zamanda çözüm tapılmasını tələb edir.

Qərb, Rusiya və Yaxın Şərq diplomatlarının Suriya ilə bağlı təxirəsalınmaz tədbirləri BMT-nin gələn həftə keçiriləcək Baş Assambleyasının kuluarlarında müzakirə edəcəkləri gözlənilir.

John Kerry Suriya münaqişəsinin danışıqlar yolu ilə çözümünə Moskva ilə yanaşı Tehranı da dəvət edib.

XS
SM
MD
LG