Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:42

Rusiya Suriyaya hərbçilər göndəribmi?


John Kerry və Sergei Lavrov. Münhen, fevral, 2015

John Kerry və Sergei Lavrov. Münhen, fevral, 2015

ABŞ dövlət katibi John Kerry Rusiya xarici işlər naziri Lavrova Moskvanın Suriyadakı hərəkətlərindən narahatlığını bildirib

Dövlət katibi John Kerry şənbə günü rusiyalı həmkarı Sergei Lavrovla telefon söhbəti zamanı ABŞ-ın Moskvanın Suriyada öz hərbi mövqelərini möhkəmlətməsi barədə xəbərlərdən narahatlığını bildirib.

Sergei Lavrov Dəməşqdə, 2012-ci il

Sergei Lavrov Dəməşqdə, 2012-ci il

“Dövlət katibi bildirib ki, əgər bu xəbərlər doğrudursa, münaqişəni qızışdıra, daha çox günahsız insanın itkisinə, qaçqın axınının güclənməsinə və Suriyada əməliyyatlar aparan anti-İŞİD koalisiyası ilə qarşıdurmaya gətirib çıxara bilər” – deyilir Dövlət Departamentinin bəyanatında.

Bəyanatda bildirilir ki, Kerry və Rusiyanın xarici işlər naziri Sergey Lavrov Suriya münaqişəsinin bu ay Nyu Yorkda müzakirə olunacağını təsdiq ediblər.

Ötən cümə günü media qurumları Rusiyanın Suriyadakı hərbi fəaliyyətinin aktivləşməsi barədə xəbərlər yaymışdılar.

Bu xəbərlərdə bildirilirdi ki, Moskva prezident Bashar al-Assad-ın müdafiəsinin gücləndirilməsi üçün konkret addımlar atır.

1000-dək hərbçi və yığma evlər

“The New York Times” qəzeti Obama administrasiyasından adları çəkilməyən rəsmilərə istinadla bildirirdi ki, Rusiya Suriyaya artıq avanqard qüvvəsi olan hərbi birləşmə və qoşun hissələri üçün yığma evlər göndərib.

Suriya ordusu Rusiyanın hərbi texnikasından istifadə edir

Suriya ordusu Rusiyanın hərbi texnikasından istifadə edir

Bundan başqa Suriya aeroportlarından birinə səyyar aviasiya dispetçer stansiyası da gətirilib.

Bəzi ABŞ rəsmiləri bildiriblər ki, yığma evlərin gətirilməsi Rusiyanın Suriyaya 1000-dək hərbi müşaviri və ya başqa hərbçilərini göndərmiş ola bilməsindən xəbər verir.

Canlı qüvvə, hərbi avadanlıq və yığma evlərin Assad ailəsinin doğma ərazisi Latakiada aerodroma gətirildiyi barədə xəbərlər yayılıb.

Peyk fotoları

Qəzet bildirir ki, rəsmilər bu hərəkətlərin Rusiyanın Suriyaya əhəmiyyətli sayda qoşun çıxarmaq niyyətində olduğunu nümayiş etdirmdəyini söyləyirlər, lakin bunun, Moskvanın Assad-ı müdafiə məqsədilə hava reydlərinin keçirilməsi üçün hərbi-hava bazası hazırlığı kimi qiymətləndirilə biləcəyini deyirlər.

“The Los Angeles Times” qəzeti yazır ki, hərbçilər üçün yığma evlərin göndərildiyinə dair məlumatlar peyklərdən alınmış fotolarla müəyyən edilib

“The Los Angeles Times” qəzeti ABŞ kəşfiyyatına istinadən yazır ki, hərbçilər üçün yığma evlərin göndərildiyinə dair məlumatlar peyklərdən alınmış fotolarla müəyyən edilib.

Ötən ay Rusiyanın xarici işlər naziri Lavrov demişdi ki, Birləşmiş Ştatlar İslam Dövləti adlanan təşkilata qarşı mübarizədə Assad rejimi ilə müttəfiqlik etməlidir.

ABŞ və Rusiya arasında prezident Bashar al-Assadın gələcəyi məsələsində fikir ixtilafı mövcuddur. Moskva Suriya liderini dəstəkləyir, lakin Vaşinqton bi qənaətədir ki, Suriyada siyasi keçid baş verməli və Assad hakimiyyətdən getməlidir.

ABŞ-da adının çəkilməsini istəməyən təhlükəsizlik mənbəyi Reuters agentliyinə bildirib ki, Vaşinqton Rusiyanın Assad-a dəstəyinin siyasi ritorikanı aşıb-aşmadığını və ya Rusiyadan gələn dəstəklə Dəməşqin İslam Dövləti təşkilatını geri oturtmaq cəhdlərinin ola biləcəyini diqqətlə izləyəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG