Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 02:05

Rusiya Suriyada daimi hərbi baza quracaq


Rusiya müdafiə nazirinin müavini Anatoly Antonov, 7 Okt, 2016

Rusiya müdafiə nazirinin müavini Anatoly Antonov, 7 Okt, 2016

Zəruri sənədlərin hamısı hazırdır

Rusiya Suriyanın liman şəhərində - Tartusda daimi hərbi-dəniz bazası yerləşdirməyə hazırlaşır. Rəsmi Moskva daha öncə Misir və Vyetnamda da sovet hərbi bazalarını və Kubadakı radiodinləmə sistemini bərpa etmək niyyətini açıqlamışdı.

Yeganə maddi-texniki təminat məntəqəsi?

Rusiya Federasiyasının Müdafiə Nazirliyi Tartusda daimi hərbi baza yaradacaq. Hazırda Tartusda Rusiya hərbi-dəniz donanmasına aid olan və keçmiş SSRİ ərazisindən kənarda yerləşən yeganə maddi-texniki təminat məntəqəsi fəaliyyət göstərir.

Buna da bax:​ Rusiya Ukraynanın "qulağının dibində" hərbi baza tikir

"Suriyada, Tartusda bizim daimi hərbi-dəniz bazamız olacaq. Müvafiq sənədlər hazırlanıb...", - müdafiə nazirinin müavini Nikolai Pankov Federasiya Şurası Beynəlxalq Məsələlər Komitəsinin iclasında belə deyib.

Nazir müavini qeyd edib ki, bazanın hazırlıq səviyyəsi "yetərincə yüksəkdir". O, müvafiq sənədlərin hamısını Müdafiə Nazirliyinin yaxın zamanlarda Federasiya Şurasına təsdiqlətməyə təqdim edəcəyini söyləyib.

Daha öncə bildirilmişdi ki...

Rusiya Müdafiə Nazirliyi daha öncə bildirmişdi ki, Tartusdakı hərbi-dəniz bazasının təhlükəsizliyini təmin etmək və hər hansı naməlum hədəfi vurmaq üçün Suriyaya “ZRK S-300” batareyası göndərilib.

Buna da bax:​ ABŞ və Britaniya ordualarının Suriyada istifadə etdikləri baza vurulub

Məlum olub ki, Moskva Misirin Sidi Barrani şəhərindəki keçmiş sovet bazasının icarəyə götürülməsinə dair də danışıqlar aparır. Vaxtilə bu bazadan ABŞ donanmasını müşahidə üçün də istifadə olunurdu.

Ötən həftə Rusiya Müdafiə Nazirliyi rus hərbi bazalarının Kuba və Vyetnama da qayıda biləcəyini açıqlayıb. Konkret müddətlər göstərilməsə də, bildirilib ki, bu "problem" üzərində iş gedir.

Günün bütün mövzuları

XS
SM
MD
LG