Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:40

Birləşmiş Ştatların hökuməti Ukraynadakı münaqişəyə görə sanksiya siyahısını daha da genişləndirib.

Bu barədə məlumat hökumətin Federal Reyestrinin saytında dərc edilib və sanksiyalar sentyabrın 7-dən qüvvəyə minir.

Xəbər verilir ki, Ukrayna münaqişəsi ilə bağlı sanksiya siyahısı daha 81 bənd artırılıb. Maraqlıdır ki, bu şirkətlərdən 50-si Rusiyanın qaz nəhəngi Gazpromun nəzarətindədir.

ABŞ sanksiyaları habelə Rusiyanın Ukraynadan qəsb etdiyi Krıma çəkilən Kerç körpüsünün baş inşaatçısı SGM-Most şirkətinə də şamil edilıəcək. Bu şirkət Vladimir Putinin şəxsi dostu Arkadi Rotenberqin “Stroyqazmontaj” şirkətlər qrupuna daxildir.

Sanksiyalar siyahısına sözü gedən körpü tikintisinin sifarişçisi – dövlət qurumu Taman da daxil edilib.

Xəbər verilir ki, sanksiyalar siyahısına daxil edilmiş şirkətlərin hamısına ticarət məhdudiyyətləri qoyulacaq.

Sanksiyalar siyahısına habelə elektronika istehsal edən 11 şirkət də əlavə olunub.

Bu şirkətlərin məhsulundan Rusiyanın hərbi sənayesində istifadə oluna bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG