Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:57

Riyazi bilikdənsə vətənpərvərlik lazımmış


Arxiv foto
Arxiv foto

Rusiyada Riyaziyyat Olimpiadasında riyazi bilikdənsə vətənpərvərlik lazımmış

“Rubl avrodan yaxşıymış…”

Rusiyada riyazi bilgilər test suallarına cavablandırmağa yetərli deyilmiş. Hətta 4-cü sinif şagirdlərinə də vətənpərvərlik vacibmiş.

Buna da bax: İlham Əliyev: «Jurnalistlərin vətənpərvərliyi çox vacibdir»

Rusiyanın Novosibirsk şəhərində yaşayan və qızı 4-cü sinifdə oxuyan Svetlana yerli mətbuata göndərdiyi məktubda riyaziyyat olimpiadasında qoyulan sualdan şikayətlənib. Sual belə olub:

“Dollar rubldan iki dəfə, avro dollardan üç dəfə bahadır. Hansı daha yaxşıdır: 17 rubl, yoxsa 3 avro? Cavabı izah et”.

Svetlana yazıb ki, uşaqlar, söz yox, avronu yazıblar, axı məsələnin şərtindən də o çıxır ki, avro rubldan 6 dəfə bahadır:

“Ancaq sən demə, düzğün cavab rublmuş. İzah isə bu olmalıymış ki, biz Rusiyada yaşayırıq, ribl bizim pulumuzdur”.

Buna da bax: Tolstoy: "Vətənpərvərlik ziyanlı hissdir, o, bütün vasitələrlə boğulmalı, məhv edilməlidir”

“Məsələ həllində zarafata yer olmasa da…”

Testin müəlliflərindən biri - Anton Lvov özünün “VKontakte” hesabında bu gileylərə cavab verərək, şagirdin anasının məsələyə çürükçülük səviyyəsində həssaslıq göstərdiyini söyləyir:

“Məsələnin cavabı bütün məktəblərə göndərilib. Cavab belə olmalı idi: “Rubl yaxşıdır, amma 3 avronu sən 18 rubla ala bilərsən: 3x3x2=18 rubl”. O, “hansı yaxşıdır” sualının riyaziyyata dəxli olmadığı fikriylə razılaşır: “Məsələ həllində zarafata yer yoxdur, düzdür, ancaq fikrimcə,normal yeniyetmə bunun əyləncə olduğunu anlamalıdır”.

Olimpiadada 30 şagirddən yalnız ikisi düzgün cavab yazıb və rayon olimpiadasına qatılma hüququ qazanıb. Svetlana məktubunda göstərir ki, onlar şagirdlərin cavablarını tələb ediblər:

“Müəllimdən uşaqların cavab kağızlarını istədik, amma o dedi ki, testi başqa müəllimlər yoxlayıb, indi harasa gediblər. Mənim uşağım riyaziyyatı yaxşı bilir, ancaq indi deyirlər ki, başqalarından pis deyil”.

Buna da bax: Nabatəli Qulamoğlu: «Dərsliklər saxta vətənpərvərlik öyrədir»

“Oyy, bağışlayın, bura Rusiyadır”

Bəzi sosial şəbəkə istifadəçiləri Anton Lvov-un “V Kontakte”dəki cavabıyla məzələniblər.

“Nastoyashiy Lentaç” adlı istifadəçi bir məsələ paylaşıb: “Vasya 30 rubl, Petya 40 rubl maaş alır. 30 ildən sonra onlar cəmi nə qədər pensiya alacaqlar? Cavab: “Oyy, bağışlayın, bura Rusiyadır”.

Müzakirəyə qoşulanlardan biri isə elə düşünür ki, şagirdlərin yalnız ikisimüəllimləri razı salacaq izahlı cavablar veribsə, demək, o cavablar həmin şagirdlərə ötürülüb.

Buna da bax: Zamin Hacı: "Kaş azərbaycanlıların hamısı Azərbaycanı İlham Əliyev qədər sevəydi"

Vətənpərvərlik və Krımın işğalı, Suriyaya müdaxilə, kiberhücum…
Prezident Vladimir Putin-in Kremldəki hakimiyyətinin üçüncü dönəmi Rusiyayada vətənpərvərliyin geniş təbliği dövrü kimi qeyd olunur.

Yerli analitiklərsə Moskvanın güclə Krımı ilhaqına, Şərqi Ukraynada separatçılara dəstəyinə, Suriyaya hərbi müdaxiləsinə, Qərb ölkələrinə kiberhücumlara, hətta atletlərə dopinq alınmasınadək hər şeydə hakimiyyəti suçlayırlar.
Rubl 2014-cü ildə Ukraynada rusiyameyilli qüvvələrə dəstəyinə görə, Qərbin təzyiqi ilə üzləşməndən, o cümlədən dünya bazarında neft ucuzlaşandan sonra dollar və avroya nisbətdə, azı, 2 dəfə dəyər itirib.

Riyaziyyat olimpiadasındakı məsələnin Rusiya versiyasından fərqli olaraq, oktyabrın 12-də 1 avro 69 rubla, 1 dollarsa 62 rubla alınıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG