Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:25

-

Ötən il Rusiyadan Azərbaycana 627, Azərbaycandan Rusiyaya isə 155 milyon dollar pul köçürülüb.

Bu haqda APA Rusiya Mərkəzi Bankına istinadən xəbər verir.

Xəbərə görə, köçürülən vəsaitin həcmində ciddi - iki dəfə azalma müşahidə olunub.

2014-cü ildə Rusiyadan 1 221 milyon, Azərbaycandansa 188 milyon dollar köçürülüb.

2015-ci ildə Rusiyadan köçürülən pul vəsaitlərinin həcminə görə MDB ölkələri arasında ilk yerdə Özbəkistan, sonuncu yerdə isə Türkmənistan dayanır.

Rusiyadan Özbəkistana 2 370 milyon, Türkmənistana isə cəmi 16 milyon dollar köçürülüb.

Orta Asiya respublikalarından Rusiyaya işləməyə də elə ən az Türkmənistan vətəndaşları gedir.

Buna da bax: Başqa ölkələrdə Novruz necə qeyd edilir- [Fotolar]

Günün bütün mövzuları

XS
SM
MD
LG