Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:55

Rusiya saxta səhifə və hesablarla Trump-ı necə dəstəkləyir?


Donald Trump və Vladimir Putinə çəkilmiş qrafiti, Vilnius, 1 iyun, 2016
Donald Trump və Vladimir Putinə çəkilmiş qrafiti, Vilnius, 1 iyun, 2016

Trump-ın seçilməsi Avropada sabitliyi necə poza bilər

«Washington Post» qəzetində Anne Applebaum-un köşə yazısı

Xaricilərin Amerikaya nəzarət etmək kimi məxfi planı olduqlarıyla bağlı fikirlər amerikalılar üçün yeni mövzu deyil. Çinlilərin Amerikada dövlət çevrilişi etmək planından bəhs edən 1962-ci ildə çəkilmiş «Mançriya namizədi» adlı filmini bəlkə də çoxları xatırlayır.

Buna da bax: Trump seçiləcəyi təqdirdə nə edəcəyindən danışdı

Ancaq indi 2016-cı ildir və yaşadıqlarımız heç də film deyil. Xarici ölkə diktatoru ilə birbaşa və dolayı əlaqələri olan bir nəfər Amerikada prezidentliyə namizəddir. Üstəlik də bu əlaqələr gizli deyil. Fransa Milli Cəbhəsi partiyasının lideri Marine Le Pen ruslardan necə açıq-aşkar maliyyə dəstəyi alırsa, Trump da Rusiya ilə əlaqələrini belə aşkar reklam edir. Qəribədir ki, buna görə heç nəyini risk atmır.

Buna da bax: Hər bir şey geri getdiyi halda - «Paşa Development» çiçəklənir

Rusiya və Azərbaycanın korrupsioner oliqarxları ilə nə işin var?

Bu cür vəziyyətdə Putin kimi diktatorlar bir daha heç vaxt yuxularını qarışdırmayacaq və gecələri rahat yatacaqlar.

Trump-ın Rusiya ilə biznes əlaqələrinin miqyası – Rusiya və Azərbaycandakı oliqarxlarla birgə layihələri, Moskvada «Kainat Gözəli» yarışması təşkil etməsi, Şimali Amerikadakı iri layihələrinə rus maliyyəsi cəlb etməsi – mediada geniş yayılıb. O, həmçinin normalda korrupsioner rus iş adamları ilə sıx əlaqələrinə görə Amerikanın siyasi həyatından uzaqlaşdırılmalı olan şəxsləri öz ətrafına toplayıb. Onun xarici siyasət üzrə köməkçisi Rusiya şirkətləri ilə, o cümlədən Gazprom-la uzunmüddətli əlaqələri olan Carter Page, seçki kampaniyası üzrə meneceri isə 2014-cü ildə devrilmiş rusiyapərəst prezident Viktor Yanukoviçin əlaltısı kimi uzun müddət Kiyevdə işləmiş və bu müddət ərzində saxta veb səhifələr və İnternet trollar üzrə ixtisaslaşmış Paul Manafort-dur.

Buna da bax: Paşayevlərin gəlirli Retro biznesi

Rusiyanın Trump-ın seçki kampaniyasında iştirakı şəksizdir. Bir neçə həftə öncə Demokratların Milli Komitəsindən materialların oğurlanması da rus hakerlərin işidir. Rusiyanın dövlət mediası və sosial şəbəkələri (Rusiya mənşəli saxta veb səhifələr və saxta Twitter hesablar vasitəsilə) Trump-ı fəal dəstəkləyirlər.

AzadlıqRadiosu-nun Youtube kanalına üzv olun

Trump seçilməsə belə, Rusiya artıq məqsədinə çatıb

Trump prezident seçilə bilməsə belə, onun namizədliyi sayəsində Rusiya artıq iki mühüm məqsədinə nail olub: Amerikanın «sabit demokratik ölkə» nüfuzuna xələl gətirməklə, onun mənəvi təsir imkanını azaltmaq və müttəfiqləri ilə münasibətlərini korlamaqla, gücünü zəiflətmək. Bu məqsədlə Rusiyanın dövlət televiziyasında səsləndirilən arqumentləri Trump sözbəsöz təkrar edir. Respublikaçılar Partiyasının seçki platformasından «Ukraynanı dəstəkləmək» fikrinin çıxarılması, yaxud «New York Times»-a müsahibəsində Trump-ın «Birləşmiş Ştatların xaricdə demokratiyaya sahib çıxması vacib deyil, Amerika öz işi ilə məşğul olmalıdır» kimi ifadələr işlətməsi buna nümunədir. Elə həmin müsahibədə Trump NATO-nun əsas qayəsini də şübhə altına almışdı: «Rusiya ABŞ-ın müttəfiqlərindən hansınasa hücum etsə, ABŞ həmin müttəfiqini müdafiə etməzdən öncə bir düşünməlidir».

Buna da bax: Jurnalistlər Elmar Hüseynovu andılar [video]

Trump-ın seçilməsiylə diktatorlar rahat yata biləcəklər

Rusiyanın dövlət mediası və sosial şəbəkələri (Rusiya mənşəli saxta veb səhifələr və saxta Twitter hesablar vasitəsilə) Trump-ı fəal dəstəkləyirlər.

Amerika dəyərlərinə inanan və onun təhlükəsizlik təminatına bel bağlayan avropalılar üçün Trump-ın bu sözlərinin nə anlama gəldiyini təsəvvür etmək çətin deyil. Əgər NATO Rusiya üçün çəkindiricilik xarakterini itirsə, Moskvanın hərbi və siyasi vasitələrdən istifadə etməklə Avropa dövlətlərində sabitliyi pozmasının qarşısını heç nə ala bilməyəcək. Birləşmiş Ştatlar demokratiya carçısı olan bir dövlətdən öz daxili işi ilə məşğul olan bir ölkəyə çevrilsə, o, başqaları üçün ilham mənbəyi ola bilməyəcək. Bu cür vəziyyətdə Putin kimi diktatorlar bir daha heç vaxt yuxularını qarışdırmayacaq və gecələri rahat yatacaqlar.

Buna da bax:

Donald Trump ABŞ prezidentliyinə namizəd oldu
Gözlə

No media source currently available

0:00 0:01:05 0:00

Daha biri:

İlham Əliyev kimin hədəfindədir?
Gözlə

No media source currently available

0:00 0:17:09 0:00

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG