Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:48

Böhran Rusiyadakı azərbaycanlıları da vurdu


Karikatura
Karikatura

►Azərbaycana göndərilən pul yarıbayarı azalıb

MDB ölkələrindən Rusiyaya qazanc dalınca gedən miqrantların evlərinə göndərdikləri pulun məbləği dollar ekvivalentində 56% azalıb.

Rusiya Mərkəzi Bankının verdiyi məlumata görə, 2015-ci ildə Rusiyada yaşayan MDB-li qastarbayterlər evlərinə 8 milyard dollar göndəriblər. 2014-cü ildə bu rəqəm 18 milyarddan artıq olub.

Məlumatda deyilir ki, Rusiyadan Özbəkistana göndərilən pulun məbləği dollar ekvivalentində düz 57% azalıb. Bu ölkə son bir neçə il ərzində Rusiyadan pul köçürmələrinə görə lider olub.

AzadlıqRadiosunun gündəlik televiziya xəbərlərinə Türksatda bax (Ətraflı)

Azərbaycan qastarbayterləri 2014-cü ildə Rusiyadan 1,2 milyard dollardan çox pul köçürmüşdülərsə, 2015-ci ildə bu göstərici təxminən 650 milyon dollar olub.

2015-ci ildə Rusiyadan MDB ölkələrinə edilən orta pul köçürməsinin həcmi 322 dollar olub. Bu, 2014-cü ilə nisbətən 20%, başqa sözlə 82 dollar azdır.

2015-ci ildə rus rublu dollara nisbəttə 13% dəyərsizləşib. Ancaq rublun məzənnəsinin əsas enişi 2014-cü ildə baş verib. Həmin il Rusiyada ABŞ dollarının dəyəri bir dollar üçün 35 rubldan 56 rubla qədər yüksəlib.

Dünya Bankının verdiyi məlumata görə, Tacikistanın ÜDM-nin 42,7%-ini Rusiyadan pul köçürmələri təşkil edir ki, bu da onu MDB məkanında xaricdən gələn maliyyə daxilolmalarından ən çox asılı olan ölkəyə çevirir.

Rusiyadan MDB ölkələrinə pul köçürmələrinin bugünə qədər ən yüksək göstəricisi 20,7 milyard dollar olub və 2013-cü ildə qeydə alınıb. Həmin il təkcə özbək miqrantlar evlərinə 6,6 milyard dollar köçürüblər.

Buna da bax: Anar Məmmədli: Soruşdu ki, Google kimdir?

____________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG