Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:33

'Milli ayıqlıq reytinqi'


Foto: arxiv
Foto: arxiv

“Ayıq Rusiya” federal layihəsi və İctimai Palata yanında ekspert-analitik mərkəzi Rusiya Federasiyasında subyektlərin “milli ayıqlıq” reytinqini hazırlayıb

“Ayıq Rusiya” federal layihəsi və İctimai Palata yanında ekspert-analitik mərkəz-i Rusiya Federasiyasında subyektlərin “milli ayıqlıq” reytinqini hazırlayıb. Şimali Osetiya “ən az içənlər”in onluğuna düşüb. Ötən il respublika bu siyahıda 11-ci yerdəydisə, indi 9-cudur.

İctimai Palata yanında ekspert-analitik mərkəzinin rəhbəri Kirill Akimov-un sözlərinə görə, reytinq hazırlanarkən, 10 növ alkoqol məhsulunun satış həcmi analiz edilib. Bu zaman etil spirti və alkoqolun qanunsuz istehsalı və dövriyyəsi ilə bağlı qiymətlər və qanun pozuntuları da diqqətə alınıb.

Buna da bax: Ən çox hansı ölkədə içirlər?

infografika
infografika

“Gənclər az içməyə başlayıb”

İctimai xadim Tamerlan Tsomaev hesabatın nəticələrini “əsaslandırılmış” sayır və Şimali Osetiyada spirtli içki içənlərin sayca gerçəkdən azaldığnı düşünür:

“Öz təcrübəmdən bilirəm. Toylarda, yaslarda, başqa mərasimlərdə gənclərin alkoqollu içkilərə marağının kəskin azaldığını görürəm. Bu istiqamətdə hər hansı göstərici varsa, o da yaşlı nəslin sayəsindədir. Ancaq gənclik, bizim gənc osetinlər xoşbəxtlikdən alkoqola maraqlarını qəti şəkildə itirirlər. Bu, mənim şəxsi müşahidəmdir”.

Vladiqafqaz sakini Zalina Tamerlan Tsomaev-in qənaətini bölüşmür. Onun sözlərinə görə, “respublikada camaat qabaq necə içirdisə, elə indi də o cür içməkdədir, içkini azaltmayıblar”.

“Qorxularından içmirlər”

O, “Ayıq Rusiya” reytinqinin nəticələrini vətəndaşların qanunun tələblərinə daha məsuliyyətli yanaşmaları ilə izah edir: “Mənim bir çox tanışım içkili halda sükan arxasına oturmaqdan çəkinir. Kimi cərimələrdən qorxur, kimi iş yerini, sürücülük vəsiqəsini itirməkdən, kimi də həbsə düşməkdən qorxur. Ancaq kampaniyalar dayanınca, içməyə başlayırlar”.

Buna da bax: İçki içən və içməyən şairlərin debatı

“Mağazalarda içki əlaltından satılır”

Vladiqafqazın başqa bir sakini Alina da içənlərin sayının azalmadığını, sadəcə, “addımbaşı qeydiyyata alınmayan, əldədüzəltmə içkilərin satışının artdığını” söyləyir: “Onlar satışa görə qiymət verirlər, qiymət artdığından, spirtli içki indi az satılır, araq üçün tələb olunan lisenziya da çox bahadır. Bir çox mağazalar arağı rəsmi şəkildə satmaqdan imtina edərək, əlaltından satırlar, özü də çox aşağı keyfiyyətlisini. Əslində, durum yaxşı yönə dəyişməyib. Əvvəl camaat zavoda və ya sexə gedərək qanuni şəkildə bir yeşik araq ala bilirdilərsə, indi mümkün deyil. İndi gərək haradansa qanunsuz yolla əldə edəsən, nəticədə, insanlarzəhərlənirlər. Düşünmürəm ki, əhalinin özünüdərki birdən-birə kəskin şəkildə artıb”.

Tamerlan Tsomaev isə Osetiyanın alkoqol istehsal edən bölgə olduğunu, burada tünd, yüksək dərəcəli içkilərdən istifadə mədəniyyətinin oturuşduğunu söyləyir. Onun sözlərinə görə, Şimali Osetiyada spirtli içkilər daha çox 1990-cı illərdə, “az qala, sel kimi axanda” içilirdi, “amma qəfildən tünd içki istehlakçılarının sayı azalıb”. İndi isə azalkoqollu içkilərə meyl artır.

“Ayıqlıq” reytinqi artıq ikinci dəfədir müəyyənləşdirlir. Hesablama metodologiyası dəyişdirildiyindən, yeni nəticələr əvvəlkilərdən fərqlənir. Ekspertlər ötənilki araşdırmalarda araq və pivə satışına diqqət yetirirdilərsə, bu dəfə arağın, eləc də tərkibində 25 faiz və daha artıq spirt olan likörlü içkilərin, konyakın, şərabın, pivənin və başqa növ alkoqollu məhsulların satış statistikasına diqqət yetiriblər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG