Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 19:31

Rusiya 52 milyardı vermək istəmir...


Karikatura: Rusiya beynəlxalq məhkəmənin qərarını vecinə almır

Karikatura: Rusiya beynəlxalq məhkəmənin qərarını vecinə almır

►Vaxtilə SSRİ də beynəlxalq məhkəmələrə belə yanaşırdı...

NÜRNBERQDƏN BAŞLAYAQ...

Noyabrın 20-də məşhur Nürnberq prosesinin başlanmasından 70 il keçdi.

Nasist Almaniyasının rəhbərlərini mühakimə edən bu proses 10 aydan artıq çəkərək 1946-cı ilin oktyabrında başa çatıb.

Tarixçi Boris Sokolov düşünür ki, Rusiyanın bugünkü hakimiyyəti və onun nəzarətində olan medianın Nürnberq prosesinə yanaşması birmənalı deyil.

Nürnberq prosesinin xarakteri və proses zamanı təkcə ayrı-ayrı şəxslər yox, həm də bütöv qruplar və təşkilatlara qarşı irəli sürülmüş ittihamların o zaman hələ dünya tarixində presedenti yox idi. Nürnberq prosesini bəzən “tarix məhkəməsi” də adlandırırlar.

Məğlub tərəfə qarşı irəli sürülmüş ittihamların bəziləri ittiham edənlərin özlərinə də şamil edilə bilərdi. Bu ilk növbədə SSRİ və onun rəhbərliyinə aiddi.

Boris Sokolovun fikrincə, bu, Kremlin bugünkü sahiblərinin Nürnberq prosesinə münasibətini müəttən edir. Belə ki, özlərini get-gedə daha çox Sovet İttifaqının imperiya irsi ilə əlaqələndirən hakimiyyət beynəlxalq hüququ ədaləti sevmir.

Tarixçi qeyd edir ki,

Rusiya hakimiyyətinin Nürnberq prosesinə münasibəti formal olaraq müsbətdir. Hətta Nürnberq prosesinin qərarlarının tənqidini cinayət tərkibli əməl saymaq barədə təkliflər də səsləndirilib.

BƏS SOVET QOŞUNLARININ CİNAYƏTLƏRİ?

“Digər tərəfdənsə bir sıra məsələlərin müzakirəsi qətiyyən alqışlanmır. Müzakirəsindən ciddi-cəhdlə yan keçilən məsələlərdən biri Nürnberq prosesinin “qaliblərin ədaləti” olmasıdır. Belə ki, prosesin başlanmasına qədər əldə edilmiş ilkin razılaşmaya görə, qalib dövlətlər orada müharibə gedilşində müttəfiq qoşunlarının törətdikləri cinayətləri müzakirə etməməli idilər.

Bundan başqa bəzi “narahat” məqamlara da toxunulmamalı idi. 1939-cu ilin gizli sovet-alman müqaviləsi, SSRİ-də Almaniyanın mülki əhalisinin məcburi əməyindən istifadə edilməsi, Sovet İttifaqının 1939-1941-ci illər arasında həyata keçirdiyi bir sıra ilhaqlar da bu məsələlərin sırasında idi. Axı Latviya, Litva və Estoniyanın SSRİ tərəfindən işğalı Çexoslovakiya və Lüksemburqun Üçüncü Reyx tərəfindən işğıalından heç nəylə fərqlənmirdi,” - deyə alim qeyd edir.

Boris Sokolov deyir ki, SSRİ-də və sonradan Rusiyada Nürnberq prosesinin bütün sənəd və protokollarının toplusu heç vaxt dərc edilməyib, yalnız seçilmiş materiallar dərc edilib.

Buna da bax: Məhkəmə Məmməd İbrahimə "yox" dedi

Litva jurnalında Stalin və Putin yanaşı...

Litva jurnalında Stalin və Putin yanaşı...

“Hər bir halda bu, yarışma xarakterli bir proses idi. Orada həm ittiham, həm də müdafiə tərəfinin şahidləri çıxış edirdi. Burada sovet tərəfinin geniş oxucu kütləsi üçün işıqlandırmaq istəmədiyi çoxlu məqamlar var idi. Buna görə də stenoqramların tam şəkildə dərc edilməli olduğu barədə qərar olsa da, ona heç vaxt əməl olunmayıb,” - deyə tarixçi məsələyə aydınlıq gətirir.

Boris Sokolov deyir ki, Nürnberq prosesində sovet imperiyasının yaradılması üçün törədilən cinayətlərə baxılmayıb. Rusiya tərəfi bu cinayətlərin tamamilə unudulmasını istərdi. Bura xüsusilə "NKVD" və digər sovet xüsusi xidmət orqanlarının başqa ölkələrin ərazisində törətdiyi cinayətlər daxildir. Söhbət hazırda Rusiya Federasiyasının ərazisi olmayan keçmiş sovet ərazilərindən gedir: Baltik ölkələri, Ukrayna və s.

CİNAYƏTLƏR NASİSTLƏRİN BOYNUNA QOYULDU

Tarixçinin diqqət çəkdiyi maraqlı məqamlardan biri də Nürnberqdə bir çox sovet cinayətlərinin nasistlərin boynuna qoyulması cəhdləridir. Ukraynanın nasistlər tərəfindən işğal olunmuş ərazilərində hələ işğaldan əvvəl, 1937-1938-ci illərin “Böyük terror” dövrünə aid kütləvi məzarlar, habelə Qızıl Ordunun 1941-1942-ci illərdə geri çəkildiyi zaman törətdiyi qətllər də bu qəbildəndir.

Buna da bax: “Bir gün bu bina uçacaq, altında qalacağıq”

Nürnberq prosesində ittiham olunan ən yüksək rütbəli nasist olan Hermann Göring prosesin gedişində yəhudiləri, hərbi əsirləri, dinc əhalini, siyasi rəqibləri və girovları “məhvetmə aksiyalarından” söhbət düşən zaman belə demişdi:

“Sovet prokuroru Roman Rudenkoya “aksiya” sözünü alman dilindən çevirməyə ehtiyac qalmadı. Çünki aydındır ki, o bu sözün mənasını öz şəxsi təcrübəsindən bilir”.

Boris Sokolov düşünür ki, son bir neçə il ərzində “beynəlxalq ədalət” Rusiya hakimiyyəti üçün xoşagəlməz ifadədir. Alim deyir ki, "YUKOS" işi bunun səbəbləri arasında daha qabarıq görünür.

“Belə ki, bu yaxınlarda Beynəlxalq Arbitraj Məhkəməsi Rusiyanın YUKOS-un səhmdarlarına 50 milyard dollar məbləğində təzminat verməli olduğu barədə qərar çıxarıb. Eyni iş üzrə Avropa İnsan Hüquqları məhkəməsi də 2 milyard dolların verilməsi barədə qərar qəbul edib. Ancaq hələlik Rusiya bu qərarları icra etməyə tələsmir,” - deyə tarixçi qeyd edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG