Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:33

Krımın cənub sahillərindəki yaşıl təpəliklərdə gizlədilmiş raket bunkerləri, bu yerlərdə “Obyekt 100” kimi tanınır.

Bu yaxınlaradək turistlər keçmiş sovet dövründən qalma bu obyektləri gəzmək üçün 50 dollar ödəməli olurdular.

Vaxtilə Soyuq müharibə dövründə Qara dənizdən gələ biləcək mümkün hücumdan müdafiə rolunu oynayan bu bunkerlər indi yenidən istifadəyə verilir.

Rusiya 2014-cü ildə Krımı ilhaq elədikdən sonra bu obyektlərə giriş qadağan edilib və hazırda hərbçilərin ciddi nəzarəti altındadır.

Reuters agentliyinin müxbirinin yayda yarımadada gördükləri, yerli sakinlərin dedikləri və rəsmi məlumatlar göstərir ki, Moskva indi bu obyektləri bərpa edir, orda yeni bazalar tikib və hərbçilər yerləşdirib.

Foto arxiv

Foto arxiv

Rusiya indi Krıma NATO-dan müdafiə xətti kimi baxır: Həm Şərqi Avropa ölkələri və Pribaltika dövlətlərindən.

Rusiyanın baş naziri Dimitry Medvedev fevralda Münhen təhlükəsizlik konfransında yeni soyuq müharibə dövrünə girdiklərini deyib.

Reuters agentliyinin müxbiri Krıma 1 həftəlik səfər zamanı hərbi-dəniz bazaları, radiolokasiya stansiyaları və aerodromlar da daxil olmaqla orda 18 hərbi obyekt görüb.

Onların bəziləri yenicə tikilib, bəziləri isə bərpa edilib və Moskva Krımda hərbi iştirakının genişləndirilməsini gizlətmir.

Böyük Britaniyanın müdafiə naziri Maykl Fellon bu ilin sentyabrında Londonun bundan narahat olduğunu bildirib, həmçinin Bolqarıstanla Rumınya təhlükə hiss edirlər.

Hazırda Rusiyanın nəzarətində olan Krım indi ABŞ-ın mayda hava hücumlarından müdafiə obyekti tikdiyi Rumınyaya ən yaxın ərazidir.

ABŞ-ın Şərqi Avropada qurduğu hava hücumlarından müdafiə sisteminin digər hissəsi Polşada istifadəyə verildikdən sonra, layihə 2018-ci ilin sonlarında işə salınmalıdır.

Vaşinqton bu sistemin İranın mümkün raket hüumlarına qarşı olduğunu deyir.

Amma Rusiya prezidenti Vladimir Putin bunu birbaşa Moskvaya qarşı yönəldiyini təkid edir.

Radarlar şəbəkəsi

Rusiya görünür, Krımdakı təpəliklərdə radiolokasiya stansiyaları şəbəkəsi qurmaq istəyir.

Bu stansiyalar Qara dəniz və qonşu NATO ölkələri Türkiyə, Bolqarıstan və Rumınyanı müşahidə etmək üçün çox ideal noqtədir.

4 radarı olan stansiyalardan biri Feodosiya sahillərindədir.

Feodosia ətrafında radar

Feodosia ətrafında radar

Bu baza keçmiş sovetlər dövründən qalıb.

Sevastopolun ətraflarında isə “Dnepr”adlı daha bir radiolokasiya stansiyası var.

Keçmiş sovetlər dövründən qalan bu obyekt də Krımın ilhaqınadək işləmirdi.

Əvvəllər turist yerlərindən olan yaxınlıqdakı mayak da indi burdakı hərbi bazaya aiddir və artıq giriş qadağandır.

“İzvestiya” qəzetinin mayda yazdığına görə, bu stansiya Qara dənizdən buraxılan ballistik, qanadlı və səsdən iti raketləri tuta bilir.

Amma Rusiyanın müdafiə nazirliyi bu stansiyalar barədə sualı cavabsız qoyub.

Yeni məktəb və hovuzlar.

Rusiya Krımda hərbi iştirakını yarımada hələ Kiyevin nəzarətində olandan genişləndirirdi.

Bunu hərbçilər və yerli sakinlər deyir, Ukraynanın məlumatları göstərir.

Rusiya Simferepol ətrafındakı aşırımda yerləşən atılmış Ukrayna bazasını, indi iki yeni bazaya çevirir.

Onlardan birində 500 metrlik 2 anqar var ki, orda hərbi texnika saxlanılır.

Rusiya müdafiə nazirliyinin dövlət satınalmaları üzrə rəsmi saytında yerləşdirilən məlumata görə, bazalar sahil-mühavizə və artileriya hissələri üçün nəzərdə tutulur.

Bu layihələrə min yerlik yaşayış kazarmaları, 300 kv metrlik yaşayış evləri, sursat anbarı,500-dən çox hərbi maşın üçün anqar, artileriya poliqonu və yemıkxana daxildir.

Həmçinin burda yeni məktəb, uşaq bağçası və hərbi orkestr üçün ozal tikmək də nəzərdə tutulur.

Müdafiə nazirliyi aşırımdakı bu baza barədə də sualı cavabsız qoyub.

Bazalar genişləndirilir.

Rusiya Krımın ilhaqınadək Qara dəniz donanmasının yerləşdiyi bazanı Ukraynadan icarəyə götürürdü.

Bu donanma 200 ildən artıqdır ki, orda yerləşir və hazırda genişləndirilir.

Rusiya şəhərin ətrafındakı buxtalardan birində dalğıclar üçün mərkəz də tikir. 20 ildən çoxdur ki, istifadəsiz qalan ordakı uçuş-eniş zolağı da bərpa olunacaq.

Krımdakı “Belbek” adlı keçmiş mülki hava limanı isə hərbi hava bazasına çevirilib.

Reutersin müxbiri uçuş zolağında İL-76 markalı ağır hərbi-nəqliyyat təyyarəsi də görüb.

Ukraynadan qalma 2 digər aerodrom da indi Rusiya hərbçilərinin istifadəsindədir.

Reutersin müxbiri “Novofedorovka” aerodromunda isə bir neçə qırıcı SU-30 təyyarəsi və SU-24 bombardmançı təyyarələr görüb.

Novofedorovka aerodromu

Novofedorovka aerodromu

Digər aerodrom isə Krımın Cankoe qəsəbəsində-Ukrayna sərhədində yerləşir.

Aerodromun uçuş meydanında 7 Mİ-24 hücum vertolyotu var.

Rusiyanın müdafiə nazirliyi bu hava bazaları ilə bağlı sualı da cavabsız qoyub

Günün bütün mövzuları

XS
SM
MD
LG