Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:55

16 milyard dollarlıq yeyinti mənbəyi


►Putinin iddialı layihəsi ətrafında baş verənlər

Dörd il əvvəl baş nazirin müavini Dmitriy Roqozin söz vermişdi ki, Rusiyanın öz kosmodromu olacaq. Amur vilayətində Vostoçnıy kosmodromunun start kompleksinin tikintisi 2015-ci ilin iyulunda başa çatmalı idi. İlk raket buraxılışı da həmin il olmalı idi.

Vostoçnıy kosmodromu Qazaxıstandakı Baykonuru əvəz etmək üçün 2007-ci ildə verilmiş prezident fərmanı ilə tikilir. Layihənin lap əvvəlində bir sıra görkəmli alim və konstruktor ona skeptik yanaşdılar. Hazırda Rusiyada kosmik texnika sahəsində ən güclü konstruktor sayılan Yuri Semyonov yeni kosmodromun tikintisinə münasibətinin mənfi olduğunu birbaşa ifadə etmişdi:

"Aydındır ki, bu, məmurlar üçün yem yeri olacaq. İqtisadiyyat üçün də həddindən çox ciddi yük olacaq."

O vaxt skeptiklərə qulaq asmadılar - söhbət çox böyük pullardan gedirdi. 2007-ci ildə kosmodromun tikintisinə çəkiləcək xərc 130 milyard rubl məbləğində dəyərləndirilirdi. Daha sonra buun 400 milyard rubl olduğu deyildi. 2011-ci ildə isə Roskosmos hökumətə 493 milyard rublluq bir büdcə təqdim etdi. Bu, həmin vaxt 16 milyard dollar demək idi. 2015-ci ilin avqust ayında isə Roskosmosun keçmiş baş direktoru Yuri Koptev bəyan etdi ki, Vostoçnıy kosmodromunun tikintisi üçün daha 560 milyard rubl tələb olunur.

Pullar gəlsə də, tikinti dərhal plandan geri qalmağa başladı. 2011-ci ildə artıq xəbərlərdə bu iddalı layihənin iflas təhlükəsi ilə üzləşdiyi barədə məlumatlar yayıldı. Roskosmos rəhbərliyi isə prezident Putinə bildirdi ki, onun Vostoçnıy kosmodromundan 2015-ci ildə raket buraxmaq planı baş tutmayacaq.

2013-cü ildə vəziyyət gərginləşdi və bir sıra obyektlərin tikintisi 18 aya qədər gecikdi. Buna görə həmin il bir sıra rəsmi şəxs, o cümlədən Roskosmosun rəhbəri Vladimir Popovkin vəzifəsindən azad olundu.

____________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

Bildirilir ki, korrupsiyanın həcminə görə bu layihə Soçi Olimpiadasını belə geridə qoyub. Prokurorluğun verdiyi məlumata görə 2013-cü ilin sonu - 2014-cü ilin əvvəli üçün 800-dən çox qanun pozuntusu qeydə alınıb. Elə o zaman tələm-tələsik Vostoçnıy kosmodromunun tikintisi ilə bağlı komissiya yaradıldı.

Rogozin
Rogozin

Baş nazirin müavini Dmitriy Roqozin də ona sədr təyin edildi. Bunun ardınca həbslər və ittihamlar dalğası başladı. Ancaq bütün bunlar nə tikintini sürətləndirə, nə də yeyintinin sürətini azalda bildi.

2015-ci ilin sentyabr ayında ilk raket buraxılışı üçün "Soyuz-2.1a" raketini dəmir yolu ilə Samaradan Vostoçnıy kosmodromuna gətirdilər. Ancaq yalnız raket gəlib çatandan sonra məlum oldu ki, o, ... bu kosmodrom üçün "böyüktəhərdir".

Layihəçilər "yüngülvari" çaşıblar və qurğu tamamilə fərqli modifikasiya və ölçülər üzrə hazırlanıb və bu kosmodromdan buraxıla bilməz.

RBK-nın jurnalistləri 2015-ci ildə bu tikintiyə cavabdeh olan "Spetsstroy"un (Müdafiə Nazirliyinin tabeliyində olan federal agentlik) 112 qeyri-dövlət subpodratçısının və qurumla ən iri müqavilələri bağlamış şirkətlərin fəaliyyətini araşdıraraq çox maraqlı faktlar aşkar ediblər. Məlum olub ki, bu şirkətlərin 40-ının yerli-dibli nə öz binası, nə dəzgahları, nə də avadanlığı var. 15-i isə ofşor şirkətlər tərəfindən idarə olunur, yaxud da şərti sahiblərin adına qeydiyyata ə alınıb.

RBK-nın verdiyi məlumata görə bu 112 şirkətin ən azı 18-inin hakimiyyət nümayəndələrinə, hüquq mühafizə orqanları işçilərinə, yaxud da elə "Spetsstroy"un özünün indiki, yaxud keçmiş işçilərinə birbaşa, yaxud dolayı aidiyyatı var...

Buna da bax:

Əli Kərimlinin müşavirinə cəza istənildi
Gözlə

No media source currently available

0:00 0:01:51 0:00

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG