Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 15:59

Oktyabrın 10-dan-14-dək Nizami Kino Mərkəzində Azərbaycanda Rusiya Kinosu Günləri keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyindən AzadlıqRadiosuna verilən xəbərə görə, festival bu qurumun və Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin dəstəyi, Rusiyanın Azərbaycandakı səfirliyi, «Kinofest» Prodüser Mərkəzi və Nizami Kino Mərkəzinin təşkilatçılığı ilə gerçəkləşəcək.

Oktyabrın 10-da, saat 19:00-da baş tutacaq açılış mərasimində Rusiya kinematoqrafiyasının tanınmış simaları- rejissor və prodüser Renat Davletyarov, aktrisa Yevgeniya Malaxova (Davletyarova), rejissor Yuri Vasilyev, prodüser Mixail Deqtyar və «Kinofest» Prodüser Mərkəzinin direktoru Sergey Braqin iştirak edəcəklər.

Açılış mərasimindən öncə saat 18:00-da Nizami Kino Mərkəzinin konfrans zalında qonaqların və mədəniyyət nazirliyi əməkdaşlarının iştirakı ilə media üçün Mətbuat Konfransının keçiriləcəyi bildirilir.

Rəsmi hissədən sonra rejissor Renat Davletyarovun «Təmiz sənət» bədii filmi nümayiş ediləcək.

Kino Günləri çərçivəsində oktyabrın 11-də saat 18:30-da rejissor Yuri Vasilyevin «Qəhrəman», oktyabrın 12-də saat 18:30-da İndar Djendubayevin «O, drakondur», oktyabrın 13-də saat 18:30-da İlya Çijikov və Anton Çijikovun «Bizim qəbiristanlığın oğlanı», oktyabrın 14-də saat 18:30-da isə Eduard Bordukovun «Qutu» bədii filmi təqdim olunacaq.

Nümayişlərə giriş sərbəstdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG