Keçid linkləri

2024, 18 May, şənbə, Bakı vaxtı 16:42

İsveçrə rusiyalı keçmiş nazirin hesablarını dondurur


Rusiyanın keçmiş kənd təsərrüfatı naziri Yelena Skrynnik
Rusiyanın keçmiş kənd təsərrüfatı naziri Yelena Skrynnik

Rusiya mətbuatı İsveçrə prokurorluğuna istinadən Yelena Skrynnik-in adına hesabda 61 milyon dollara qədər olan pulun dondurulduğu xəbərini yayıb.

İsveçrədə hakim dairələrin Rusiyanın keçmiş Kənd Təsərrüfatı naziri Yelena Skrynnik-in nəzarət etdiyi yerli hesabları dondurduğu bildirilir. Bu addımın çirkli pulların yuyulması barədə iddialara əsasən aparılan təhqiqatın bir hissəsi olduğu qeyd edilir.

Oktyabrın 28-də Rusiya mətbuatı İsveçrə prokurorluğunun adını çəkmədiyi işçisinə istinadən xanım Skrynnik-in adına açılmış, ümumi həcmi 61 milyon dollara qədər olan hesabların dondurulduğu xəbərini yayıb.

Bildirilir ki, 2007 və 2012-ci illər arasında bu hesablara 140 milyon dollara qədər şübhəli maliyyə vəsaiti köçürülüb.

Skrynnik 2009 – 2012-ci illərdə Kənd Təsərrüfatı naziri postunu tutub. O hazırda Fransız Rivyerasında yaşayır.

Buna da bax: Fəhlələr maaş tələbilə etiraz aksiyası keçirir

Bu həftə rusiyalı prokurorlar Kənd Təsərrüfatı nazirinin keçmiş müavini Aleksei Bazhanovun nəzarət etdiyi hesablardakı təqribən 12,2 milyon dollarlıq məbləği dondurmağı İsveçrədən xahiş ediblər.

Bu müraciət Rusiyanın dövlət şirkəti olan Rosagrolizing vasitəsilə çirkli pulların yuyulduğu barədə iddialarla bağlı aparılan təhqiqatın bir hissəsi sayılır. Skrynnik nazir postna təyin olunmazdan əvəl bu şirkətin rəhbəri olub.

Rusiya mediasına müshibəsində Yelena Skrynnik İsveçrə banklarında 61 milyon dollarının olduğunu inkar edib. O, bu məbləğin dondurulduğu barədə xəbərləri “yalan” adlandırıb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG