Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:15

-

«Son vaxtlar Rusiya rəsmilərinin Azərbaycana artan səfərlərini bu ölkənin düşmüş olduğu siyasi vəziyyət və İran-Azərbaycan münasibətləri kontekstlərində dəyərləndirmək lazımdır».

Bu fikri politoloq Zərdüşt Əlizadə AzadlıqRadiosuna müsahibəsində səsləndirib. Zərdüşt Əlizadə bildirir ki, indi Rusiyanın manevr imkanları bir elə də böyük deyil: «Rusiya «G-8»dən... qovulub, beynəlxalq manevr imkanları tükənib. Amma özünü güclü göstərmək istəyir, kimlərə təsiri var, onların üzərinə yeriyir. Azərbaycana artan səfərlərə də bu kontekstdə yanaşmaq lazımdır».

Z.Əlizadə düşünür ki, Rusiyanın bu yaxınlarda Ermənistana silah satmaq üçün verdiyi 200 milyon dollarlıq kredit Azərbaycana təzyiqdir. Təzyiqdə məqsəd Azərbaycana da silah satmaq istəyidir. Amma o düşünür ki, ölkənin indiki maliyyə durumu belə addım atmağa imkan vermir: «O zaman rəsmi səfərlər işə düşür ki, silah alın. Nəticə olmayanda eyhamlar işə düşür ki, müharibə ola bilər, Ermənistan hücum edə bilər və s.».

Politoloq deyir ki, Rusiyadan Azərbaycana səfərləri intensivləşdirən amillərdən biri də enerji məsələsidir:

«İndi qaz satışı məsələsində İran, Rusiya və Azərbaycanın maraqları üst-üstə düşmür. Azərbaycanın Gürcüstana əlavə qaz satmaq istəməsi, İranın bu bazara gəlməsi, üstəlik, «Cənub Qaz Dəhlizi» layihəsi toqquşan maraqlar çevrəsi yaradıb. Rusiya İranın Azərbaycan vasitəsilə Avropa qaz bazarına girmək səylərini bəyənmir. Bunu diplomatik kanallar vasitəsilə Azərbaycana anladır. Hətta bu olarsa belə, Rusiya maraqlarının nəzərə alınmasını istəyir. Belə bir mürəkkəb situasiya var. Rusiya əlində olan imkanları itirmək istəmir».

Fevralın 2-də Rusiya baş nazirinin müavini D.Rogozin Azərbaycana gəlmişdi. O, prezident İlham Əliyevlə görüşdü. Bu gün isə Rusiya xarici siyasət idarəsini rəhbərinin müavini G.Karasin gəlir.

Günün bütün mövzuları

XS
SM
MD
LG